Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İDRİS CƏFƏROV: «XARAKTERİMƏ UYĞUN OLMAYAN VERLİŞLƏRDƏ ROLA GİRİRƏM» – FOTOSESSİYA

.

Çox səmimi, dinamik, öz zövqünə, istəklərinə görə yaşamağı sevən, sarı rəngi həyatının rəngi olaraq görən gənc aparıcı İdris Cəfərov “Tele-aparıcı” rubrikasıdadı. Əksər insanlar onu Space televiziyasının efirlərindən tanıyıb. Elə müsahibəyə də onun televiziyadakı fəaliyyəti ilə başladıq…

- 17 yaşımdan Space televiziyasında müxbir, sonra “Çardaq” verlişinin aparıcısı işləmişəm. Radioda isə 4 ildən çoxdu fəaliyyət göstərirəm. Hazırda televiziyada 10-a yaxın layihələrin müəllifi və aparıcısıyam. 
- Radio yoxsa televiziya aparıcısı?
- Radio insanlara daha yaxındı, səmimiyyət, sərbəstlik daha çoxdu. Radioda verlişin uğurlu olması səndən daha çox asılıdı. Televiziyada işıqçı, operator, rejissor işi düzgün qurulmasa verliş yaxşı alınmayacaq. Radioda kollektiv çətin deyil, burada operator, bir də mən oluram. İkimiz bir-birimizi başa düşürük, mikrofon da hazırdırsa, söhbətə başlayırıq.
-Həm “Bazar” həm də “Mədəniyyət saatı” verlişinin aparıcısız. Verlişlər demək olar ki, bir-birinə əks xarakterlidi. “Mədəniyyət saatı” daha ciddi, ağır, “Bazar” verlişi isə daha dinamikdi. Sizə daha yaxın olan hansıdı?
- “Mədəniyyət saatı”nda özümü 70 yaşında hiss edirəm. Məsələn, şair bu yaşına qədər böyük uğurlar qazanıb, tanınmış insandı. Bu mənim üçün stressdi və maraqlı deyil. Smokinqdə oturursan və müəyyən çərçivəyə düşürsən. “Mədəniyyət saatı” verlişində elə insanlar da olur ki, söhbətindən zövq alırsan, məsələn Nəriman Həsənzadə ilə olan verlişimiz çox gözəl alınmışdı, bunlar istisnalardı. “Məndə varam” verlişində isə tamamilə özüm idim.
- Sizə darıxdırıcı gələn insanların yerində özünüzü təsəvvür edə bilirsiz?
- Hərə bir cürdü, hərənin öz maraqları var. Xoşbəxtliyi kim harada tapırsa, ora onun üçün yaxşıdı. Mənə isə burada olmaq xoşdu, ona görə də xoşbəxtəm. İstədiyim kimi yaşayıram. Məncə hamı bunu bacarmalıdır, yoxsa başqasının həyatını yaşamış olarsan.
- Hansı verlişlə tanındız?
- “Bazar” verlişi ilə daha çox tanındım. “Mədəniyyət saatı”, “Məndə varam” verlişinə görə digər təbəqədən olan insanlar da məni tanıdı. Küçədə insanlar mənə yaxınlaşır “Mədəniyyət saatı” ilə bağlı fikirlərin bildirirlər. Yaşlı nəsil, dövlət qurumları məni “Mədəniyyət saatı”nın aparıcısı kimi tanıyırlar, izləyirlər. “Bazar”da daha çox şou-biznes nümayəndələri, müğənnilər, “Məndə varam” verlişi ilə isə repçilər, gənclər də məni tanıdı.
- Eynəklərə olan marağınız nə ilə bağlıdı?
- İki aksessuarı xoşlayıram – saat, bir də eynək. 100-ə yaxın eynəyim var, xarici ölkəyə gedəndə elə olur ki, 3 gün tanımadığım heyətlə bir yerdə olmalıyam, onda eynəkdə daha rahat oluram.
- Neçə saatınız var?
- 30-40 saatım var, hamısı bahalı olmasa da, bahalı olanlar da var. Sarı rəngi çox sevidiyimdən, çoxu sarı rəngdədi.
- Həyatınızı nə rəngdə görürsünüz?
- Sarı. Ən çox sevdiyim rəng sarı olduğundan geyimimdə hər hansı bir element sarı olmalıdı. Bu rəng mənə uğur gətirir və evimdə ayrıca bir otağın divarlarını təmiz sarı rənglətdirmişəm.
- Musiqi zövqünüz necə...
- Radioda işdəyimə görə, musiqiyə qulaq asdıqda istirahət etmirəm, musiqi mənim üçün işdi. Sakitlikdə istirahət edirəm, amma demək olar, hər janra qulaq asıram. Caz, rok, rep ancaq fanatik deyiləm.
-Bəs necə istirahət edirsiz?
- Hansısa ölkəyə gedəndə, meşədə və ya hanısısa bir çay qırağında olmaq mənə daha çox zövq verir, nəinki oturub musiqidə özümə abu-hava axtarmaq. Televizora baxmıram: gündə 15 dəqiqə “Evronews”dan dünyada nələr baş verdiyini öyrənirəm, bu mənim üçün bəsdi.
- İnsanların tanıdığından çox fərqlənirsiz?
- 17 yaşımda olan dostlarım indi də yanımdadı. Ətrafımdakı insanlar artdıqca, əhatəmi dəyişmədim. Dostlara qarşı konservativəm. Mənim dəyişməyim nə mənə, nə də onlara lazımdı. Həyatda olduğum kimiyəm, ancaq aktyor, aparıcı kimi müxtəlif rollarda ola bilərəm. Xarakterimə uyğun olmayan verlişləri aparanda rola girirəm.
-Bu sizdə həmişə uğurlu alınır?
- Əgər iş sizin xoşunuza gələcəksə, siz onu bacaracaqsız. Telefon, televizor ustası ola bilərsiz, əsas odur ki, gördüyünüz işdən zövq alasız.
-Özünüzü tanınmış hiss edirsiz?
- İctimai xadim, ulduz deyiləm ki, mənə qarşı insanlarda fanatizim olsun. Sadəcə tanıya bilərlər ki, bu, filan verilişin aparcısıdı. Hər hansı bir fikrimi, rəyimi soruşa bilərlər. Bu mövqe mənə daha çox maraqlıdı.
- İstəyib bacarmadığınız iş olub?
- Mən istədiyim, bacardığım işi görməyi xoşlayıram. İstədiyim işi bacarmasam belə, bacarana qədər çalışaram. Elə bir şey yoxdu ki, insan çox istəsin ancaq bacarmasın, heç kəs bir işə başlayan kimi peşəkar olmur.
- Boyunuz sizin üçün kompleks yaradır?
- Tam əksinə bu xoşuma gəlir. Xaricə getdikdə baxırsan ki, insanlar daha çox uzunboyludurlar. Bu mənim üçün xoşdu.

Turanə Zeynallı

 






10 İyun, 2013  16:14 Baxılıb: 3107 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner