Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TürkPA-nın IV iclası öz işinə başlayıb

/

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) IV ümumi iclası öz işinə başlayır. Simsar.az xəbər verir ki, sessiya çərçivəsində iyunun 10-da əvvəlcə təşkilata üzv ölkələrin parlamentlərinin Aparat rəhbərlərinin və Assambleya Şurasının IV toplantısı keçiriləcək.
İyunun 11-də keçiriləcək əsas sessiyada isə Assambleyaya üzv ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin qanunverici orqanlarının sədrlərinin başçılığı ilə parlament üzvlərinin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının, Türk Konseyi, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Mərmərə Qrup Fondu, Türk Dünyası Gənclər Birliyi, GUAM, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəklər.
Qeyd edək ki, TürkPA-nın iclasında Azərbaycanı Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti - Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlardan Əhliman Əmiraslanov, Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ülvi Quliyev, Çingiz Qənizadə, İqbal Ağazadə, Çingiz Əsədullayev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev təmsil edəcəklər.






10 İyun, 2013  15:15 Baxılıb: 1415 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner