Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalist təşkilatları Simsar.az-ın təşəbbüsünə rəy verdi

“Kriminal xəbərlərə məhdudiyyət” kampaniyası davam edir

Yanvarın 29-dan Simsar.az saytı kriminal xarakterli xəbərlər yaymağa məhdudiyyət qoyub. Saytımız yaydığı xəbərdə bunu belə əsaslandırıb: “Hər gün müxtəlif səpkili, xeyli sayda kriminal xarakterli informasiyalar oxuyuruq. Və bu tendensiya artan xətlə davam edir. Nəticədə intihar edənlərin, qatar altında qalanların, qəzaya düşənlərin, qətl hadisəsi törədənlərin sayı azalmır, əksinə, artır. İntihar hallarından o qədər yazılır ki, bu dəhşətli hadisə artıq ictimaiyyətdə adiləşir. Heç kim qarantiya verə bilməz ki, bu cür xəbərlərin çoxalması kriminal hadisələrin artmasına səbəb deyil. Buna görə də bizim sayt oxucularını qanlı olaylarla üz-üzə qoymaqdan imtina edir”. 

Bu istiqamətdə apardığımız kampaniyaya nüfuzlu KİV rəbərləri də dəstək verib. Növbəti də dəfə jurnalist təşkilatlarına telefon açdıq.

“Televizora baxanda kriminal xəbər adamın üstünə gəlir”

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli Simsar.az saytının bu təşəbbüsünü müsbət qiymətləndirdiyini dedi: “Bizim həyatımız təkcə qara rəngdən ibarət deyil. İnsanların rifah halının yaxşılaşmasını göstərmədən, belə xəbərlərin yayımlanmasını qəbul etmirəm. Belə xəbərlər televiziya kanllarında daha geniş və təfərrüatı ilə verilir. Televiziyaya baxanda xəbər adamın üstünə gəlir. Bu düzgün deyil. Digər əcnəbi kanallarda, əsasən də Avropa kanallarında intihar hadisəsiylə bağlı xəbərlər yayımlamırlar, ya da az hallarda yayımlanır. Cinayət törədən və yaxud intihar edən şəxsin özünün göstərilməsi, ad və soyadının açıqlanması düzgün deyil. Bütün bunlar etik qaydalara uyğun olmalıdır. Qanlı kadrlar, açıq-saçıq olayları efirə vermək olmaz. Bu insanlara mənfi təsir edə bilər”.

“Kriminal xəbərlərin təqdimatı düzgün olmalıdır”

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə hesab edir ki, ictamaiyyəti informasiyasız qoymaq düzgün deyil: “Kriminal xəbərlərə məhdudiyyət qoymaq olmaz. Sadacə, belə xəbərlərin təqdimatı düzgün olmalıdır. Bizdə isə belə deyil. Birtərəfli kriminal xronika kimi göstərirlər. Mənsə bunun əleyhinəyəm”.

“Kriminal xəbərlərin yayılması əhalinin maraq dairəsindədir”

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin sözlərinə görə, kriminal xəbərlərdən imtina cəhdi nəticəsizdi: “KİV-də kriminal xəbərlərin yayılması əhalinin maraq dairəsindədir. İntihar halları və kriminal hadisələrlə bağlı xəbərlərdən imtina düzgün olmazdı. Bunun arxasında ictimai məsələlər dayanır. Ancaq mən bu kimi məlumatların verilməsində şəxsiyyətin açıqlanmasının əleyhinəyəm. Belə məsələlərdə ehtiyatlı olmaq lazımdır. Kriminal xəbərlərin tamamilə çıxarılmasına yox, onların necə təqdim olunması daha vacibdir”.

“Kriminal xəbərlərin manşetə çıxarılmasının əleyhinəyəm”

Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı kriminal xəbərlərə məhdudiyyət qoyulmasının əleyhinədir: “Kriminal xəbərlərə məhdudiyyət və yaxud da ki, qadağa qoyulmasını mən anti- demokratik hal kimi dəyərlənidirirəm. Bu cür xəbərlərin yayımlanması düşünmürəm ki, cinayət hadisələrinin çoxalmasına gətirib çıxarır. Sadacə, kriminal xarakterli xəbərlərin mətbuatda daha çox yer alamsının onunla izah edə bilərəm ki, ya sosial mövzularda yazmaq istəmirlər, ya da o mövzularda yazmaq çətinləşib. Təbii ki, bu cür xəbərlərin manşetə çıxarılmasının əleyhinəyəm. Kriminal xəbərlər KİV-də o qədər geniş yayılır ki, insanda elə təəssürat yaranır ki, Azərbaycan kovboylar ölkəsidir. İstənilən xəbəri yayımlamaq olar, ancaq səbəbi araşdırılmalıdır”.

Simsar.az saytı kampaniyanı davam etdirir. Yaxın vaxtlarda bu mövzuda dəyirmi masa təşkil ediləcək.
Aynurə Həsənova






1 Fevral, 2011  21:55 Baxılıb: 1871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner