Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qazax ədəbiyyatının satirik ustadı – Abay Kunanbayev

.

XIX əsr qazax ictimai-siyasi proseslərini özündə əks etdirən Abay Kunanbayevin yaradıcılığı mənsub olduğu xalqın ölməz bədii irsidir. Kunanbayev 200-ə yaxın şeir, 3 poema, 45 nəsr əsərlərinin müəllifidir. “Dəvə qovan” adlı ilk şeirini 10 yaşında yazıb. Abayın yaradıcılıq ideyalarının əsasında maarifçi görüşləri dayanır. Tənqidi realizm ədəbiyyatlarının böyük nümayəndəsi kimi şair şeirlərində azğın və tamahkar bəylərin obrazını yaradarkən onların xarakterinin bütün cəhətlərini açmağa təşəbbüs göstərir. “Mal qaranı qoruyub firavan gün sürür bəy” , “Dövlətinin bir dərdi var...”, “ Xoş söz eşitmədim mən” və s. şeirlərində bu halın poetik ifadə tərzinə rast gəlirik.
Abay İbrahim Kunanbayev 1845-ci ildə 29 iyul Semey vilayətində anadan olub. Əsl adı İbrahim olub. Amma anasının ona verdiyi "Abay" (diqqətli, ehtiyatlı) ləqəbi ömrü boyu onun adı kimi işlənib və o bütün dünyada bu adla tanınıb. Abay Kunanbayev 1845-ci ildə Semey vilayətində, Ağasoltan ailəsində anadan olub. İlk təhsilini mollaxanada alıb, sonra rus məktəbində davam etdirib. O qazax ədəbiyyatının banilərindən biridir. Həmçinin rus və qazax dillərinə tərcümələri ilə yadda qalıb. Yaradıcılığını müxtəlif qaynaqlara əsaslanaraq formalaşdırıb:
Şairin yaradıcılığında şərq ədəbiyyatdan Azərbaycan şairi Nizaminin, rus və Avropa eləcə də, Qazaxıstan şifahi xalq ədəbiyyatının təsiri duyulur.
Abay oğullarının ikisini də itirdiyindən bu onun həyatında sağalmaz yaraya çevrilib. Şair “Gəlinim Məhişə başsağlığı” şeirində də Allahın ona əlacsız dərd verdiyini söyləyir, təsəlli dolu misralarda, gəlinini bu kədərə dözməyə çağırır.
“İskəndər” poeması tarixi şəxsiyyət olan Makedoniyalı İskəndərin adı ilə bağlansa da, onun həyatının müəyyən fraqmentlərini özündə əks etdirsə də, əsərdə qoyulan problem İskəndərin həyatının və hakimlərinin hər hansı dəqiq, konkret faktları ilə bağlanmır, humanizm və insanpərvərliyin təbliği, müharibə dəhşətləri, istila və qarət etiraz ümumi səciyyədə poemanın mərkəzində dayanır.
“Maqsud” poeması ibrətamiz və əxlaqi-didaktiv görüşlər fonunda ağıl, tale aqibət və nəfs problemlərinə şairin orijinal baxışlarını özündə əks etdirən maraqlı əsərlərdən biridir. Şair insan idrakını şəxsiyyət cəmiyyətin əsası hesab edir, ağılsızlığın ağıla hakimiyyətini cəmiyyət üçün faciə kimi qiymətləndirir. Poemada hadisələr Harun Rəşidin hakim olduğu Bağdad şəhərində baş verir. Maqsud yolda bir quldurun qoca kişini qarət etdiyini görür və ona kömək edir. Qoca kişi ona sübh çağı sərdabənin həyətinə gəlməsini xahiş edir. Maqsud ora gəlir və qoca kişi sərkərdənin həyətində 3 rəngli - ağ, sarı və qırmızı meyvəsi olan ağacı göstərərək, ona yalnız istədiyi rəngdə olan bir meyvə seçməsini bildirib. Ağ - ağıl, sarı - var-dövlət, qırmızı meyvə isə - qadınları göstərir.
Müəllif burada 3 əsas prinsipini – qüdrət, dövlət və məhəbbətin hansının cəmiyyət üçün vacibliyi məsələsinə toxunur. Müəllifin konkret düşüncənin saxlanılması, ağlın təntənəsinin vacibliyi, insanın xoşbəxtliyinin əsasında ağlın dayanması və s. məsələlər özünə yer tapır.
A.Kunanbayev yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır. A.Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirərək, ona yeni ictimai məzmun gətirib. Təmiz, saf məhəbbəti tərənnüm edərək, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaradıb.
Müasirləri "Əqliyyə" əsərini onun yaradıcılığının zirvəsi hesab edirlər. Yazıçı bu əsəri cavanlara ünvanlayıb. O, burada müqayisələr apararaq dövrün çatışmazlıqlarını göstərməyə çalışıb. Abay bu əsərində xalqa müraciət edərək: "Ey mənim xalqım, bu qədər təbii sərvətimiz olduğu halda niyə yenə belə yoxsulluq içində yaşayırıq? Xarici varlılar az da olsa dövlətin inkişafı, xalqın güzaranının yaxşılaşması üçün nə isə edirlər, bizim qazax bəyləri isə iki şeyi bacarır: çoxlu ət yeməyi və çoxlu arvad almağı" – deyir. "Əqliyyə" əsərində rus və tatar xalqları ilə qazax xalqı müqayisə olunur və yazıçı xalqının vəziyyətinə acıyır.

A. Kunanbayevin Rusiyaya qeyri-adi rəğbəti də duyulur. XIX əsrdə Rusiya Qazaxıstanı işğal edib. O düşünür ki, Rusiya qanunlarıyla Qazaxıstan inkişaf edir. Amma ömrünün ahıl çağlarında o Rusiyanın işğalçılıq siyasətini anlayır. Bununla belə Abay xalqın maariflənməsində böyük rol oynayan rus ziyalılarıyla, xalqın qanını içən rus məmurlarını eyniləşdirmir. Abay Kunanbayevin yaradıcılığı XX əsrdə xüsusilə tədqiq edilib və müxtəlif sənədlərə əsasən şəxsiyyəti araşdırılıb.






7 İyun, 2013  14:49 Baxılıb: 5290 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner