Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Misirdə milyonluq mitinq başlayır

Fevralın 1-də səhər tezdən başlayaraq 10 minlərlə insan Qahirədəki Təhrir (Azadlıq) meydanına yığışmağa başlayıb. Dünəndən müxalifət Prezident Hüsnü Mübarəkin istefası tələbiylə “milyonların yürüşü”nü keçirəcəyini bildirmişdi.

Təhrir meydanının bütün girişləri etirazçıların özləri və ordu tərəfindən qorunur. Etirazçılar özləri meydana silah gətirilməyəcəyinə əmin olmağa çalışır. 

Meydana gedən yollar müasir amerikan və köhnə sovet tanklarıyla doludur. Qahirə səmalarında ordu helikopterləri dövrə vurur. Ancaq, ordu dünən gecə dinc əhaliyə atəş açmayacağını bəyan etdiyindən, insanlar meydana axışmağa davam edir. Ordunun sözçüsü Ismail Etman bildirmişdi ki, “Silahlı qüvvələr heç vaxt xalqa qarşı istifadə olunmuyub və edilməyəck də. Çünki hər kəsin dinc etiraz hüququ var”.

Tunisdə uzun illər ölkəyə rəhbərlik edən Ben Alinin Yasəmən inqilabıyla ölkədən qaçmasının ardından misirdə də Yanvarın 25-də etirazlar başlayıb. Ancaq daha çox qarışıq və xaotik şəkildə başlanan etirazlar və toqquşmlar zamanı ölənlərin sayı 100-ü keçib.

Fevralın 1-də keçiriləcək milyonluq mitinqə bu dəfə daha yaxşı hazırlıq göründüyü müşahidə edilir. Bəzi könüllülər “xalq təhlükəslizyi” yazısı olan geyimlər geyib, onlar deyirlər ki, hökumətin təxribatçılarının aralarına qarışmasının qarşısını almağa çalışacaqlar.

Hökumət Misirdə bütün nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatıənı dayandırıb. Qahirədən başqa Aleksandriya, Suez, Masnoura və Fayoum kimi etirazların çox güclü olduğu şəhərələrə gedən yollar da bağlanıb.

Prezident Mubarək istefa vermək əvəzinə hökuməti istefaya göndərib, yeni nazirlər təyin etsə də, etirazçılar, və AŞ hökuməti də bunun yetərli olmadığını açıqlayıblar.

Misirdə hələ də internet və mobil əlaqə problemlərlə işləyir. Bu arada Google élan edib ki, yeni texnoloji nailliyətdən istifadə edərək Misirlilər internet və mobil əlaqəni əvəz edə bilərlər.

Etirazçılar deyirlər ki, 30 il Misirə rəhbərli kedən Mübarək hakimiyyətdən getməyənə qədər onlar da küçələrdən gedən deyillər.






1 Fevral, 2011  19:22 Baxılıb: 1920 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner