Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Bakı” Rumıniyanın yüksək liqa klubuna qalib gəldi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan “Bakı” futbol klubu 4-cü yoldaşlıq görüşünə çıxıb.

Rumıniya çempionatının yüksək liqasında çıxış edən “Panduri” komandası olub. 

Oyun “Bakı”nın qələbəsi ilə nəticələnib – 1:0. Yeganə qolu 31-ci dəqiqədə Adnan Bərəkət vurub. Baş məşqçi Aleksandr Starkov start heyətində Marko Şarliya, Rafael Əmirbəyov, Vadim Borets, Aleksey Savinov, Stevan Bates, Adnan Bərəkət, Aleksandar Şoliç, Saşa Kaykut, İbrahim Karqbo, Juninyo və Ruslan Leviqaya güvənib. Fasilədən sonra Xalidu Sissoko Marko Şarlyanı, Ernad Skuliç İbrahim Karqbonu, Mahmud Qurbanov isə Saşa Kaykutu əvəzləyib.

“Susesi” otelinin meydançasında oynanılan və Rumıniyanın “DG Sport” telekanalı vasitəsilə canlı yayımlanan qarşılaşma “Bakı”nın üstünlüyü şəraitində keçib. Baxışda olan ukraynalı hücumçu Ruslan Leviqanın bir neçə epizodda zərbəsi dəqiq olmayıb.

Qeyd edək ki, “Bakı” əvvəlki yoxlama matçlarında Qazaxıstanın “Akjayık” klubunu böyük hesabla yenib – 3:0. “Şaxtyor” (Karaqanda) ilə qarşılaşma 1:1, Ukraynanın “Metallurq” (Zaporojye) komandası ilə görüş isə 0:0 hesablı heç-heçə ilə nəticələnib.






1 Fevral, 2011  18:37 Baxılıb: 1901 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner