Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Şou

“Avroviziya” müsabiqəsində Azərbaycanı kim təmsil edəcək? - sorğu

“Avroviziya - 2011” mahnı müsabiqəsinə göndəriləcək Azərbaycan təmsilçisi fevralın 3-də məlum olacaq. Milli seçimlərin final mərhələsində yarışacaq beş nəfərin adı bəlli olub. Onlar İlhamə Qasımova, İlqarə İbrahimova, Aynişan Quliyeva, Eldar Qasımov və Nigar Camaldır. 
“Avroviziya - 2011” mahnı yarışmasına kim göndəriləcək? Simsar.az sosoial şəbəkələr vasitəsi ilə sorğu keçirdi. Vətəndaşların rəyi ilə siz də tanış olun.

Aqşin Kərimov (21 yaş): “Açığı bu müsabiqəylə marqlanmıram. Amma məncə, Aynişan seçiləcək. Qəşəngdir, səhnədə çox sərbəstdir. Məncə, gözəl və gənc olduğuna görə onu seçəcəklər”. 

Aytən Fəhruz (23 yaş): “Mən istərdim müsabiqəyə Eldar getsin. Bəlkə də İlqarə olar, yoxsa Aygün öldürər özünü. Amma Eldar xoşuma gəlir, şirindi, həm də fikirləşirəm ki, potensialı da buna imkan verir. İlhamə də getsə ona güvənərəm ki, öz gücünə nəsə edə biləcək”.

Babayeva Lalə (21 yaş): “Məncə, İlhamə Qasımovanı göndərəcəklər, ya da İlqarəni. Əslində seçilən namizədlərin içində tam xoşuma gələn heç kim yoxdur. Məsələn, Nigar Azərbaycan dilini bilmir, səsi de o dərəcədə yaxşı deyil. Amma istəyirəm ki, İlhamə Qasımova getsin”.

Nicat Həsənov (23 yaş): “Eldar Qasımov göndəriləcək. “Avrovizya”nın səhnəsinə yaraşır. Mən onu görmək istərdim”.

Şəhla Mehdiyeva (23 yaş): “Məncə ədalətli seçim olsa yarışmaya İlhamə Qasımova gedər. Ölkəni temsil edə biləcək ən uğurlu iştirakçıdır. Çünki namizədlər arasında ən yaxşı səs ondadır, sehnəyə yaraşır. Səsi, oxu tərzi ilə “Avroviziya” standartlarına cavab verir”.

Müzəffər Mikayılov (21 yaş): “Namizəd olan beş nəfərdən heç biri seçilməyəcək. Azərbaycandan təmsilçi göndəriləcək, amma onlardan biri olmayacaq. Çünki ədalətsiz seçim olub. Pulu olan keçib, səsi olan yox”.

Könül Cəfərova (22 yaş): “Fikrimcə “Avroviziya”da iştirak etmək üçün ən real namizəd İlhamə Qasımovadır. Digər iştirakçılarla müqayisədə İlhaməninin oxu tərzi, səs imkanları daha yüksəkdir. Ən azından Avropa sehnəsinə layiq olan bütün səs keyfiyyətləri onda var”.

Fuad Məmmədov (25 yaş): “İlhamənin həm sesi nisbeten yaxşıdır, həm də görünüşü səhnəyə uyğundur. “Avroviziya” üçün əsas görünüş, bir də səsdir. Bunlar da onda var, daha
lazımdır ki”.

Nəzrin Əliyeva (22 yaş): “Məncə İlqarəni göndərsinlər, ya da İlhaməni. İlhamənin səsi var. İlqarəninsə görünüşü yaxşıdır”.

Vəsilə Əhmədova (25 yaş): “ İlhamə Qasımovanın səsi güclüdür. Məncə, o, “Avroviziya”da iştirak etməyə layiq namizəddir”.

Mirzə Dadaşov (24 yaş): “Aynişan Quliyeva seçiləcək. Səs çoxluqlarını izləyirəm. Həm də potensiallı biridir. Məncə pis oxumur”.

Aliyə Məmmədova (21 yaş): “İlhamə Qasımova seçiləcək. Onun səsi “Avroviziya”ya uyğundur”.

Zaur Əhməd (27 yaş): “Məncə, Aynişan, ya da İlhamə seçiləcək. İlhamə həmin yarışmanın standartlarına uyğun oxuyur, yaxşı performans nümayiş etdirir. Səsinə söz yoxdur. Aynişan isə həm anasının, həm də mətbuatdakı yazılara inansaq bəzi sponsorların hesabına ora çıxa bilər. Onu da deyim ki, Azerbaycandan kimi göndərirlər göndərsinlər ən azı beş-altı il birinci yer bizlik deyil”.

İctimai Televiziya və Radio Yayımları Şirkətində təşkil olunan milli seçimlərin yarımfinal mərhələsi yanvarın 14-də başa çatıb. Yarımfinalda doqquz iştirakçı – İlqarə İbrahimova, Aynişan Quliyeva, Eldar Qasımov, Çingiz Mustafayev, Günay İbrahimli, Nurlan Növrəsli, Arzum Xəlilova, Nigar Camal və İlhamə Qasımova yarışıb. Finala qalan beş nəfər, tamaşaçıların sms-ləri və münsiflərin səsverməsi nəticəsində seçilib. Sms səsverməsinə görə çox səs toplayanlar arasında iki müğənni Nurlan Növrəsli və Arzum Xəlilovanın adları münsiflərin qərarı ilə başqa iki iştirakçı Eldar Qasımov və Nigar Camalın adları ilə əvəzlənib.
“Avroviziya - 2011” mahnı müsabiqəsi bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

Arifə MİKAYILOVA






1 Fevral, 2011  16:26 Baxılıb: 1193 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


27 İyun, 2019  10:54





27 İyun, 2019  09:15





26 İyun, 2019  12:13


26 İyun, 2019  09:42

26 İyun, 2019  09:34












25 İyun, 2019  09:32

24 İyun, 2019  19:55




24 İyun, 2019  16:46


24 İyun, 2019  14:33






24 İyun, 2019  11:52




24 İyun, 2019  11:16


24 İyun, 2019  09:41

24 İyun, 2019  09:38



sagbanner