Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Ali Neft Məktəbi “British Council” ilə “Əməkdaşlıq Protokolu” imzaladı - FOTOLAR

..

Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin rektoru Elmar Qasımov və “British Council” təşkilatının regional direktoru Maykl Börd arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə “Əməkdaşlıq Protokolu” imzalanıb.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycanda həyata keçirilən düzgün, uzaqgörən siyasət nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf etməkdədir. Azərbaycan istər dünyanın, istərsə də regionun önəmli dövlətinə çevrilib. Həyata keçirilən uğurlu təhsil islahatlarından danışan rektor Bakı Ali Neft Məktəbinin və bir çox beynəlxalq standartlara cavan verən təhsil ocaqlarının yaradılmasının buna bariz nümunə olduğunu bildirib. Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələrdən söhbət açan E.Qasımov BANM-nin yaradılmasında əsas məqsədlərindən birinin müasir standartlara cavab verən ingilis dilli kadrların yetişdirilməsi olduğunu qeyd edib.
“British Council” təşkilatının regional direktoru Maykl Börd çıxış edərək bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması həm çox sevindirici, həm də çox önəmli məsələdir. Direktor Bakı Ali Neft Məktəbi ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduqlarını qeyd edib.

Aynur Bayramova






3 İyun, 2013  20:48 Baxılıb: 1593 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner