Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Azərbaycan Misirdə neftin emalı və satışını dayandırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə şirkəti olan «SOCAR Trading» Misirdə siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar bu ölkədə üçüncü ölkələr üçün neftin emalı və satışını dayandırıb.

APA-nın «korrespondent.net»» portalına istinadən verdiyi məlumata görə, bu barədə «SOCAR Trading» şirkətinin nümayəndəsi bildirib.

Məlumata əsasən, 2010-cu ilin may ayından etibarən «SOCAR Trading» İsgəndəriyyə şəhərində yerləşən «Midor» Neftayırma Zavoduna ayda 1-1,5 mln. barel neft nəql edirdi. Həmin neftdən emal olunmuş neft məhsulları Misir baş neft korporasiyasına satılırdı.

«SOCAR Trading»in nümayəndəsi bildirib ki, bu prosesin sxemi kredit riski əsasında aparıldığından, buraya banklar cəlb olunub və Misirdə vəziyyət yaxın vaxtlarda stabilləşməsə banklar bu əməliyyatların maliyyələşdirmə riskinə yenidən baxa bəlir: «Hazırda biz fasilə götürmüşük, işin davamı isə maliyyə risklərinin qiymətləndirilməsindən asılı olacaq».

O həmçinin deyib ki, yaxın vaxtlarda Azərbaycan və onlarla əməkdaşlıq edən Misir banklarının nümayəndələri arasında vəziyyəti araşdırmaq üçün Misirdə görüş keçiriləcək: “İsgəndəriyyədəki neft emalı zavodu işini dayandırmayıb. Hazırda orada «SOCAR Trading»in nefti emal olunur, zavoda «Azeri Light» deyil, ərəb ölkələrində çıxarılan daha ağır neft nəql olunur”.






1 Fevral, 2011  00:25 Baxılıb: 1683 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









2 Fevral, 2023  15:19

2 Fevral, 2023  15:12





30 Yanvar, 2023  14:17





18 Yanvar, 2023  12:30



5 Yanvar, 2023  11:14

21 Dekabr, 2022  14:07






29 Noyabr, 2022  17:39

24 Noyabr, 2022  12:09



23 Noyabr, 2022  13:57


23 Noyabr, 2022  12:21

23 Noyabr, 2022  12:19

23 Noyabr, 2022  12:17



22 Noyabr, 2022  17:44

22 Noyabr, 2022  16:42



22 Noyabr, 2022  14:56


22 Noyabr, 2022  13:34

22 Noyabr, 2022  12:24


sagbanner