Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baş redaktorlardan “Kriminal xəbərlərə məhdudiyyət” kampaniyasına dəstək

Simsar.az -in məlum qərarı digər mətbu orqanlar tərəfindən də qəbul oluna bilər 

Xəbər verildiyi kimi, yanvarın 29-dan etibarən simsar.az saytı kriminal xarakterli xəbərlərin yayımına məhdudiyyət qoyub. Saytımız yaydığı xəbərdə bunu belə əsaslandırıb:” Hər gün müxtəlif səpkili, xeyli sayda kriminal xarakterli informasiyalar oxuyuruq. Və bu tendensiya artan xətlə davam edir. Nəticədə intihar edənlərin, qatar altında qalanların, qəzaya düşənlərin, qətl hadisəsi törədənlərin sayı azalmır, əksinə, artır. İntihar hallarından o qədər yazılır ki, bu dəhşətli hadisə artıq ictimaiyyətdə adiləşir. Heç kim qarantiya verə bilməz ki, bu cür xəbərlərin çoxalması kriminal hadisələrin artmasına səbəb deyil. Buna görə də bizim sayt oxucularını qanlı olaylarla üz-üzə qoymaqdan imtina edir”. 
“TƏK ƏLDƏN SƏS ÇIXMAZ”
Amma “tək əldən səs çıxmaz”. Xəbərin sonunda bizə dəstək vermələri üçün həmkarlarmıza müraciət etmişdik.
Kriminal xəbərlərin yayımına qoyduğuz məhdudiyyətə və müraciətimizə münasibət öyrənmək üçün bir neçə media təmsilçisinə telefon açdıq. Və sual etdik; rəhbərlik etdiyiniz mətbu orqan kriminal xəbərlərin yayılmasına məhdudiyyət qoya bilərmi?

Turan Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev kriminal xəbərlərə üstünlük vermədiklərini bildirdi: “Həqiqətən də, belə xəbərlərin yayılmasıyla bağlı mediada pozuntular var. Bu cür informasiyalar çox vaxt şişirdilir, bu baxımdan mətbuatda çoxlu problemlər olur. Bununla bağlı peşə əxlaq kodeksi də var. Buna da çox vaxt əməl olunmur”.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid qeyd edir ki, kriminal xarakterli xəbərlər müxtəlif olur: “Bunların hamısına məhdudiyyət qoymaq olmaz. Mətbuatda cinayət hadisələrinin ətraflı təsvirinin mən də əleyhinəyəm. Bu həm azyaşlıların əlinə keçə, həm də bir çox insanların əsəbinə neqativ təsir edə bilər. Ancaq umumilikdə kriminal xəbərlərin növü müxtəlifdir və bunların yazılması da normaldı”.

Lent.az İnformasiya Agentliyinin rəhbəri Qabil Abbasoğlu simsar.az-ın təşəbbüsünü alqışladığını dedi: “Lent.az olaraq biz də bunu müzakirə etmişik. Hollandiyada bütün qəzetlər kriminal xəbərlərdən imtina etdilər. Ancaq bu elə də ciddi təsirini görsətmədi. Xəbər xəbərdi. Xəbərə məhdudiyyət qoyulmasının əleyhinəyəm. Sadacə həmin xəbərləri necə yaymaqdan çox şey asılıdır. Ümumilli miqyasda belə bir addım atılarsa, lent.az olaraq qoşula bilərik”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da hesab edir ki, bu təşəbbüs normaldır: “Amma istər pis, istərsə də yaxşı olsun jurnalist gərək bütün xəbərləri işıqlandırsın. Jurnalistikanın tələblərindən biri də budur. Düşünmürəm ki, kriminal xəbərləri qəzetdən çıxarsaq, müsbət dəyişiklik baş verəcək. Ancaq simsar.az saytının bu təşəbbüsünü müsbət qiymətləndirirəm və bu təşəbbüsün davamı olaraq qəzetlərdə krimanal xarakterli xəbərlər azaldıla bilər”.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova isə məsələyə fərqli yanaşır: “Jurnalist kimi bizim borcumuz istənilən xəbəri yaymaqdır. Qəzetdə belə xəbərləri cinayət xəbəri kimi veririk. Ancaq televiziyada geniş şəkildə yayımlanmasının əleyhinəyəm. Çünki televiziyanın təsir imkanları, tamaşaçı auditoriyası da genişdi. Qəzetdə isə bu imkanlar bir qədər məhduddu. Biz qəzetdə hər bir kriminal xəbəri vermirik. Cinayət hadisələrinin təfsilatıyla vermək düzgün deyil. Kriminal xəbərləri çatdırmaqda məqsəd həm də maarifləndirmə xarakteri daşımalıdır”.


“Bizim Yol” qəzetinin baş redaktoru Bahaddin Həziyev də düşünür ki, cəmiyyətin məlumat almaq hüququ var: “Xəbər xəbərdi. Ancaq krimanal xəbərlər insanlara pis təsir edə bilər. Senzuranın əleyhinəyəm,ancaq bu cür xəbərlərin təqdimatında diqqətli olmaq lazımdır. Hər hansı bir azyaşlı cinayət törədibsə, onun şəklini adını və soyadını mətbuatda açıqlamaq doğru deyil. Balansı tapmaq lazımdır. Kriminal xəbərləri doğru təqdimatda yaymaq lazımdır”.


Aynurə Həsənova






31 Yanvar, 2011  21:54 Baxılıb: 1962 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner