Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xanımına arxa çevirib yatan kişilər

Əslində onlar sərbəstlik üçün bunu edirlər

Sevdiyiniz kişini qoxusundan, təbəssümündən, geyim tərzindən, ya da dinlədiyi musiqidən tanıya bilərsiniz. Amma inanın, onun əsl şəxsiyyəti yatış şəklində gizlənir.
Bədən təmasindan qaçırsa: Nəinki onu qucaqlamaq, barmaq uclarınız bədəninə dəydiyində belə yata bilmir, yuxu əsnasında yatağın o biri ucuna doğru uzaqlaşır, sizə kürəyini dönürsə, bütün bunlar kişinin sizi sevmədiyi mənasını vermir. Onun yalnız azad olduğunu bilməyə ehtiyacı var. Belə müstəqilliyə düşkün kişiyə zövqləri və hobbiləri üçün bir az daha çox zaman buraxın. Özüylə baş-başa qalmaq istədiyi zaman ona güzəştə gedin. Unutmayın, sizə qarşı sevgi və şəfqət dolu olması üçün o özünü məhdudlaşdırılmış hiss etməməlidir.
Çılpaq yatırsa: Qorxmayın, bir nümayişçi ilə birlikdə deyilsiniz. Qışın ən soyuq günlərində belə yatağa çılpaq girən bir kişi bunu şüuraltında müstəqilliyinin və kişiyə xaslığının bir göstəricisi olaraq gördüyü üçün edər. Tək bir qüsuru vardır, o da özünü çox bəyənməsidir. Dünyanın onun ətrafında dönmədiyini anlaması üçün bir az burnunun sürtülməsi lazim ola bilər. Onu çox tərifləməyin və xüsusilə bədənində tapdığınız qüsurları hərdənbir üzünə söyləməkdən çəkinməyin.
Sağa-sola dönürsə: Yatağı döyüş sahəsinə çevirən, dayanmadan tərpənən kişilər, ümumiyyətlə, oyanıqkən həddindən artıq sakit, səssiz və dinc tiplərdir. Ümumiyyətlə, enerjilərini gecəyə saxlayar, bütün narahatlıqlarını yuxuya təslim edərlər. Yatağa girərkən qorxu və narahatlıqlarını da özü ilə bərabər gətirərlər. Əgər sevdiyiniz kişi yataqda dörd dönürsə, gecənin bir yarısında onu dürtərək oyatmaq yerinə axşam yeməklərində gününün necə keçdiyini, canını sıxanın nə olduğunu soruşun, sizinlə dərdləşməsi üçün onu cəsarətləndirin.
Six qucaqlayırsa: Sizi möhkəm-möhkəm qucaqlamadan yuxuya getmir? Qulağa çox romantik gələ bilər, heç olmasa təzə eşqlərdə. Kişinin sizi bu qədər möhkəm qucaqlaması üzərinizdə iqtidar qurmaq istədiyi və ona aid olduğunuzu düşündüyü mənasına gələ bilər.






31 Yanvar, 2011  21:02 Baxılıb: 3059 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner