Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rəsülzadənin 1918-ci il nitqi və bu gün

Nəsib Nəsibli tarixi çıxışdakı fikirlərin aktuallığını hələ də itirmədiyini deyir

Məhəmməd Əmin Rəsulzadənin doğum günündə 1918-ci ildə Milli Məclisdə etdiyi nitq ayrı-ayrı mətbu orqanlarda yayımlanıb. Nəsib Nəsibzadənin imzası ilə yayılan həmin nitq o vaxt «Azərbaycan» qəzetində dərc olunmuşdu. Nitq olduqca maraqlıdır və oradakı bəzi fikirlər bu gün üçün də aktuallıq kəsb edir. 
M.Rəsulzadənin nitqindəki maraqlı fikirlərə münasibət öyrənmək tanınmış professor Nəsib Nəsibli ilə söhbətləşdik.
- “Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər” deyirdi Rəsulzadə. Onun o vaxt nəzərdə tutduğu kontingent bu günkü Milli Məclisdə varmı?

- 1918-ci ildə formalaşan Azərbaycan parlamentində 4 əsas düstura əməl olunmuşdu. Ayrı-ayrı millətlərdən, dinlərdən, siyasi partiyalardan olan insanlar Milli Məclisdə təmsil olunurdular. Amma bu günkü parlamenti 1918-ci ildəki parlamentlə müqayisə etmək ümumiyyətlə düzgün deyil. İndiki parlament Prezident Aparatının bir şöbəsidir.
- Rəsulzadə deyirdi ki, millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır. Azərbaycanda birmənalı fikir formalaşıb ki, Qarabağın işğalının və azad olunmamasının baiskarı Rusiyadır. Düşünə bilərikmi Məmmədəminin barmağını tuşladığı Rusiya düzəlməyib?
- Tamamilə haqlısınız. SSRİ dağıldı, amma Rusiya yenə də qonşu dövlətləri öz nəzarəti altında saxlamaqda davam edir. Qonşu ölkələrdə normal münasibət qurmaq bu ölkə üçün yaddır. Bu mənada Rəsulzadənin 92 il öncə Rusiya barədə dediyi fikirlər bu gün üçün də aktualdır.
- “İstiqlaliyyət səbat, mətanət,fədakarlq istər. İstər ki, biz kəndimizin istiqlalə layiq olduğumuzu isbat edəlim. Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz” deyə, Rəsulzadə nitqində bildirir. Necə düşünürsüz, səbat, mətanət, fədakarlıq bu gün bizim xalqımızda kifayət qədərdirmi?
- Rəsulzadənin bu fikirləri də bu gün aktuallığını qoruyub saxlayır. Dövlət quruculuğu ilə yanaşı millət quruculuğu da aparılmalıydı. Amma aparılmadı. Dövlət güclü olmayanda millət də zəif olur. Bu mənada həmin fikirlər indi də gündəmdədir.
- Rəsulzadə çıxışının başqa bir hissəsində belə deyir. "Promete" Qafqasya dağlarında zəncirləndi. O daimi zəncirlərini qırmaq təşəbbüsündə idi. "Promete"nin ruhu bütün qafqasyanın bütün millətlərində vardır. Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bəid (uzaq xəyal) deyildir”.
Məhəmmədəmin çıxışında Qafqazın bütün millətlərində Prometey gücü olduğunu deyir. Bəs niyə bu gün də Qafqaz od içindədir. Prometey gücü odu niyə söndürə bilmir?
- Bu lirik bir yanaşmadır. Mifalogiyaya görə, Prometeyi Qafqaz dağlarında zəncirləyiblər. Və o da zəncirləri qırmaq üçün mübarizə aparıb. Bu həm də o deməkdəri ki, Qafqaz həmişə qaynayıb. Bura siyasi təlatümlər bölgəsidir. Güclü olmaq o demək deyil ki, burada sabitlik olmalıdır. Hələ ki, bölgədə oturuşmamış stiuasiya var. Və Qafqazda sabitliyin yaranması üçün vaxt lazımdır.
- «Qardaş millətimiz olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ verərək biz Qafqasyanının müqəddaratını bu qət"e (bölgə) üzərində yaşayan millətlərin arzusu vəchlə təmin edə biləriz» deyə həmin nitqdə qeyd olunur. Nəsib bəy necə fikirləşirsiniz bu gün Qafqazdakı respublikalar hansısa ad altında birləşə bilərlərmi?

- Qafqazda bu gün millətlər, dövlətlər arasında nifaqın olması məlumdur. Səbəbkar Rusiyadır. Rusiya Qarabağ problemini yaratmaqla bölgəni nəzarətdə saxlamaq istədi. Tarixdi Qafqazın üç ölkəsindən ibarət konfederasiya olub. Amma ömürü az olub. İnd idə Qafqazdakı dövlətlərin hansısa ad altında birləşməsi mümkündür. Bunun üçün xarici faktorların təsiri azaldılmalıdır. Bu gün üç əsas millət birlikdə yaşamağın qaydasını hələ tapa bilməyib.
- Və Rəsulzadə çıxışının sonunda belə deyir: «Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı, Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır». Göründüyü kimi, Rəsulzadə tövsiyyə edirdi ki, bütün qərəzlər atılsın. Sizcə xalqımizda qərəz çoxdurmu?

- Burada söhbət daxili siyasi birlikdən gedir. Azərbaycanda siyasi birliyin olmamasının kökündə hakimiyyət durur. Hakimiyyət özünü cəmiyyətin fövqündə görür və siyasi birliyə can atmır.
- Son vaxtlar Rəsulzadə-Elçibəy yolunda olan qüvvələrin birliyindən söhbət açılır. Bəzi siyasi qüvvələr isə bu yolun mahiyyətinin hələ onlara bəlli olmadığını deyirlər. Bəlkə siz bu məsələdə onlara kömək edəsiniz?
- Siyasətlə məşğul olan adamın ADR-in tarixini bilməməsi və bu yol nə yoldur deməsi təəssüf doğurur. Onlar bu yolun mahiyyətini gərək çoxdan biləydilər. Rəsulzadə nə təklif edirdi, strategiyası nədən ibarət idi bunu öyrənmək lazımdır. Əgər bu fikirləri deyənlər Rəsulzadə və onun silahdaşlarının yazdıqları kitabları oxusalar belə danışmazlar.

Ruslan XƏLİL






31 Yanvar, 2011  18:57 Baxılıb: 2626 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner