Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanlı sənətçi Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri təyin edilib

Azərbaycanlı balet ustası Eldar Əliyev Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri təyin olunub. Bu barədə APA-ya Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Eldar Əliyev 1957-ci ildə Bakıda doğulub. 1966-1975-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1974-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışmağa başlayıb. 1975-ci ildə xoreoqrafiya məktəbləri məzunlarının Leninqradda keçirilən V Ümumittifaq Müsabiqəsində 2-ci yeri tutub. 1979-1992-ci illərdə Leninqraddakı Kirov teatrının solisti olub. Dünyanın 40-dan çox teatrının səhnəsində çıxış edib. 1992-ci ildə İndianapolis Balet Teatrının dəvəti ilə ABŞ-a köçüb. 1994-cü ildən “Ballet İnternasionale” adlanan truppanın rəhbəridir. 1996-cı ildə rəqqas kimi karyerasını başa vurmaq qərarına gələn Eldar Əliyev özünü xoreoqraf kimi sınayıb və Fikrət Əmirovun “Min bir gecə” baletinə uğurlu quruluş verib. Onun Şəhriyar rolunda çıxış etdiyi balet ABŞ səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilib. 1996-2005-ci illər arasında Eldar Əliyevin rəhbərliyi ilə “Ballet İnternationale” 30-dan çox tamaşa hazırlayıb. O, məsləhətçi, xoreoqraf, baletmeyster kimi indiyə qədər Buenos-Ayres, Sidney, Seul, Şanxay, Pekin, Banqkok, Madrid, Berlin, Ottava, Roma və s. teatrlarında dünya klassikasının bir sıra nümunələrinin tamaşaya qoyulmasında iştirak edib. 2007-ci ildə ABŞ-ın Boston Balet Məktəbinin icraçı direktoru vəzifəsində çalışan Eldar Əliyev müxtəlif illərdə həm də dünyanın nüfuzlu balet müsabiqələrinin münsiflər heyətinə daxil edilib. O, 2010-cu ildə Budapeşt Opera və Balet Teatrına balet üzrə bədii məsləhətçi vəzifəsinə dəvət olunub. Yanvarın sonunda isə Macarıstanın mədəniyyət dairələrinin təklifi ilə yaxın beş il ərzində teatrın bədii rəhbəri vəzifəsi ona etibar edilib.






31 Yanvar, 2011  18:46 Baxılıb: 1994 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner