Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İçərişəhər” də hesabat verdi

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2010-cu ildə görülmüş işlərə həsr olunmuş hesabat yığıncağı keçirilib.

İdarədən Simsar.az-a verilən məlumata görə, yığıncaqda qurumun rəhbəri Mikayıl Cabbarov geniş məruzə ilə çıxış edib. O, ötən il ərzində görülmüş işlər və növbəti il üçün idarənin qarşısında duran vəzifələrdən danışarkən deyib ki, ölkə rəhbərliyi səviyyəsində İçəri Şəhərin qorunması və təbliği istiqamətində hərtərəfli tədbirlər həyata keçirilir. Mikayıl Cabbarov ötən il ərzində YUNESKO ilə də sıx əməkdaşlıq etdiklərini söyləyib. 

İdarənin rəis müavini Samir Nuriyev isə İçəri Şəhərdə yerləşən memarlıq abidələrinin qorunması, konservasiyası və bərpası sahəsində atılmış addımlardan danışıb. O, İçəri Şəhərdə ən qədim məscid olan Məhəmməd Məscidində qabaqcıl bərpa texnologiyalarına əsaslanan muzey-konservasiyasının həyata keçirildiyini və Kiçik Karvansara abidəsinin bərpasının bitdiyini qeyd edib. Həmçinin qoruq ərazisində qəzalı binalarda məskunlaşmış 52 nəfərdən ibarət məcburi köçkün ailələri Bakıda yeni tikilmiş binalarda mənzillərə köçürülüb.

İclasda idarənin tabeliyində olan qurumların digər rəhbər şəxslərinin hesabat nitqləri dinlənilib. Sonda Mikayıl Cabbarov yekun sözü ilə çıxış edərək ölkə başçısı tərəfindən 2011-ci ilin Turizm ili elan olunduğunu xatırladıb. İdarə rəisi İçəri Şəhərin təbliğinə və turizm infrastrukturunun genişləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini də qeyd edib.






31 Yanvar, 2011  18:19 Baxılıb: 1953 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner