Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Qəbələ” “Mançester Yunayted” və “Liverpul”la qarşılaşacaq

Dünya səviyyəli kluba çevrilməyi qarşısına məqsəd qoyan “Qəbələ” Avropa futboluna inteqrasiya istiqamətdə fəaliyyətini davam etdirir.

Klubun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu mənada uşaq futboluna böyük diqqət ayıran klub daha bir yeniliyə imza atır. 

“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası yoldaşlıq oyunları keçirmək və Avropa futbolu ilə əyani tanış olmaq məqsədilə fevralın 6-da İngiltərəyə yola düşəcək. “Mançester Yunayted”, “Liverpul”, “Everton”, “Blekbern” və “Şeffild Yunayted” kimi klublarla qarşılaşacaq “Qəbələ” bununla da ilk belə addım atan Azərbaycan təmsilçisi kimi futbol tariximizə düşəcək. 9 günlük səfər müddətində komanda Liverpulda – “Suites” oteldə yerləşəcək. Səfər proqramına “Liverpul” Futbol Akademiyası ilə tanışlıq və ingiltərəli klub rəsmiləri ilə işgüzar görüşlər daxildir.

İngiltərəyə 18 futbolçu yollanacaq:

Qapıçılar: Elçin Tağıyev, Aleksey Dedyukin

Müdafiəçilər: Ayxan Əsədov, Həsənağa İsmayılov, Orxan Mehrəlizadə, Mirəli Məmmədzadə, Kənan Həsənov, Fərid Məmmədov, Bəhlul Mustafazadə

Yarımmüdafiəçilər: Əli Səmədov, Samir Musayev, Nəriman Novruzlu, Bayramlı Fuad, Mirzəyev Sahil, Yusif Nəbiyev

Hücumçular: Roman Hüseynov, Fərid Əsədli, Ülvi İsgəndərov

“Qəbələ”nin oyunlarının proqramı:

8 fevral – “Mançester Yunayted”
9 fevral – “Everton”
10 fevral – “Liverpul”
12 fevral – “Blekbern”
14 fevral – “Şeffild Yunayted”.






31 Yanvar, 2011  18:12 Baxılıb: 1949 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner