Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Misirdə vəziyyət getdikcə gərginləşir

Misir ordusunun Baş Qərargah rəisi isə xalqı küçəyə çıxma qadağasına əməl etməyə çağırıb, əks təqdirdə silahların işə düşəcəyini bəyan edib

Misirdə Hüsnü Mübarək rejiminə qarşı aksiyalar davam edir. Simsar.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, on minlərlə nümayişçi paytaxt Qahirədə mitinqlər keçirir.

Müxalifət Beynəlxalq Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Məhəmməd əl-Baradeiyə mövcud iqtidarla müzakirə aparma səlahiyyəti verib. Müsəlman Qardaşları Hərəkatı və digər müxalif qruplar da bunu qəbul edib. Təhrir meydanındakı aksiyalara qatılan Məhəmməd əl-Baradei Hüsnü Mübarəki ölkəni tərk etməyə çağırıb. Müxalif lider birlik hökuməti qurmaq üçün ordu ilə təmasa keçəcəyini açıqlayıb.

Qeyd edək ki, Misirdə 6 gündür davam edən nümayişlərdə 150-dən çox insan dünyasını dəyişib, 3 minə yaxın insan yaralanıb. Nümayişlərə dəstək verən Hakimlər Klubunun üzvü olan minlərlə hakim də mitinqlərə qatılıb. Nümayişçilər ölkədəki 4 həbsxanaya hücum ediblər. Müsəlman Qardaşlar Hərəkatı lideri də daxil olmaqla 4 min məhkum həbsxanadan qaçıb.

Prezident Hüsnü Mübarək isə vitse-prezident təyin etdiyi Ömər Süleyman və daxili işlər naziri, eləcə də ordu rəhbərliyi ilə görüşüb. Müzakirələrdən sonra dövlət televiziyasına açıqlama verən Baş Qərargah rəisi Hüseyn Tantavi xalqı küçəyə çıxma qadağasına əməl etməyə çağırıb. O, əks təqdirdə sərt tədbirlər görüləcəyini vurğulayıb.






31 Yanvar, 2011  18:12 Baxılıb: 1814 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner