Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MM yaz sessiyasının qanunvericilik işlər planını açıqladı

Milli Məclisin 2011-ci il yaz sessiyasının işlər planına aid olan məsələlər açıqlanıb. Bu barədə Simsar.az saytına açıqlama verən qurumun mətbuat katibi Akif Təvəkküloğlu deyib ki, yaz sessiyasının işlər planına 17 məsələ daxildir:

“Milli Məclisin daxili nizamnaməsinə görə, 2011- ci ilin yaz ssesiyası sabahdan etibarən öz işinə start verir. Qeyd edim ki, gündəlikdən əlavə hər sessiyanın özündə yüzlərlə məsələ müzakirə olunur. Qanunverici təşəbbüslə bu səlahiyyətdə olan qurumlar təşəbbüs irəli sürə bilər. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Ali Məhkəməsi, Baş prokurorluq və Naxcıvan MR Ali Məclisi qanunveriçilik təşəbbüsü irəli sürmək səlahiyyətinə malikdirlər. İlk iclasda hər sessiyada olduğu kimi yeni sessiyanın qanunvericiliyə dair işlər planı təsdiqlənəcək”. 

Bundan başqa, Akif Təvəkküloğlu bildirib ki, yaz sessiyasının gündəliyində Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi, Rəqabət Məcəlləsi olacaq: “Bununla yanaşı, “Hərbi vəzifə, hərbi xidmət haqqında” qanun layihəsi müzakirə olunacaq. İcbari siğorta, kənd təsərrüfatı kooperasiyası, bələdiyyələrin hesabatı, inzibati ərazi bölgüsü ilə bağlı məsələlər iclasın gündəliyindədir”.

Akif Təvəkküloğlu qeyd edib ki, bir necə sazişlər də yaz sessiyasının gündəliyindədir. O, Secki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı məsələnin də müzakirə olunacaq sənədlər sırasında olduğunu söyləyib.

““Elm siyasəti haqında”, “Sosial xidmətlər haqqında”, “Ali təhsil haqqında”, “Pasiyentlərin hüquqları haqqında” qanun layihələri də yaz sessiyasında müzakirə olunacaq. Eyni zamanda, prosedur qaydalara uyğun olaraq intizam və hesablayıcı komissiyalar ilk iclasda yenidən formalaşdırılacaq”-deyə MM sözşüsü bildirib.

Xatırladaq ki, sabahkı iclasın gündəliyinə 14 məsələ daxildir. Bunlar Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, ayrı-ayrı sazişlər, MM-in intizam və hesablayıcı komissiyasının yenidən formalaşdırılması, “Dövlət qulluğu haqında qanuna əlavə və dəyişikliyin edilməsi” və s. barədə səndələrdir.






31 Yanvar, 2011  16:55 Baxılıb: 1754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner