Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Türk memarlığının “babası” – Memar Sinan

Beləliklə, Memar Sinan Sultan Süleymanın adına olacaq “Süleymaniyyə Camisi”ni peyğəmbərimizin (s.a.v.) öndərliyi, dizaynı ilə inşa edir...

Memar Sinan və ya Böyük Memar Sinan ağa kimi tanınan Sinanəddin Yusuf Abdulmənnan oğlu Sinan, “Osmanlı” imperiyasının Baş memarı və inşaat mühəndisi olub.
Osmanlı padşahları I Süleyman, II Səlim və III Murad dövrlərində baş memar kimi çalışan Memar Sinan əsərləri ilə indiki dövrdə də dünyada məşhurdur. Sinanəddin Yusuf 1499-cu ildə mayın 29-da Kayserinin Aqrianos (bu gün Ağırnas) kəndində türk ailəsində doğulub. 1511-ci ildə Yavuz Sultan Səlim hakimiyyəti dövründə yeniçəri kimi İstanbula gəlib.
Abdulmennan oğlu Sinan Memar olaraq Yavuz Sultan Səlimin Misir səfərinə qoşulub. 1521-ci ildə Qanuni Sultan Süleymanın Belqrad Səfərində yeniçəri olub. Müharibədən sonra göstərdiyi şücaətə görə, səlahiyyəti qaldırılaraq yeni əsgərlərin bölük komandiri olub. 1538-ci ildəki Karaboğdan səfərində ordunun Prut çayını keçməsi üçün körpü lazım gəlib. Qanuninin vəziri Damat Çələbi Lütfi Paşanın əmri ilə bu vəzifəni Sinana verib. Körpünün inşasında sonra Memar Sinan bu sözləri deyib: “Dərhal adı keçən suyun üstünə gözəl bir körpünün inşasına başladım. 10 gündə hündür bir körpü inşa etdim. İslam ordusu ilə bütün canlıların şahı, sevinclə keçdilər”. Körpünün istehsalından sonra Abdulmennan oğlu Sinan 17 illik yeniçərilik fəaliyyətindən sonra 49 yaşında Baş memarlık vəzifəsinə təyin edilir. Yeni vəzifəsinə təyin olunan Sinan öz hisslərini belə ifadə edir : “Yeniçəri yolumdan ayrılacaq olma düşüncəsi əzab versə də, sonunda yenə memar kimi çalışıb məscidlər inşa edib, dünya və axirət muradına vəsilə olacağını düşünüb qəbul etdim”.
1538-ci ildə Hassa Baş memar olan Sinan vəzifəsini I Süleyman, II Səlim və III Murad dövründə 49 il müddətində icra edib . Memar Sinan bundan öncə üç əsəri ilə tanınıb. Bunlar: Hələbdə “Husreviye Külliyyəsi”, Gəbzədə “Çoban Mustafa Külliyyəsi” və İstanbulda Hürrem Sultan üçün hazırlanan “Haseki Külliyesidir”. Memar Sinanın İstanbuldakı ilk əsəri olan “Haseki Külliyyəsi”, dövründəki bütün arxitektura ünsürləri özündə birləşdirib. Məscid, mədrəsə, sübyan məktəbi, imarət, daruşşəfa və bulaqdan ibarət külliyən məscid, digər qisimlərdən tamamilə fərqlənir.

Süleymaniyyə məscidi Memar Sinanın İstanbuldakı ən möhtəşəm əsəridir. Öz təbiri ilə tələbəlik dövründə 1550-1557 illəri arasında inşa edilib.
Rəvayətə görə, Sultan Süleyman Qanuni bir məscid inşa etdirmək istədiyi vaxt, Peyğəmbərimiz (s.a.v.) yuxusuna girir. Peyğəmbərimiz məscidin yerini, dizaynını, minarələrinin sayını, işıqlandırma sisteminin necə olmalı olduğunu və s. detallarını şəxsən özü anladır. Səhəri yuxudan oyanan Sultan Süleyman heç kimə, heç nə demədən Memar Sinanı çağırtdırıb yuxusunda gördüyü yerə aparır. Tez-tez, həyəcanla gördüyünü unutmamaq üçün başa salmağa başlayır. Yadından çıxmamasına diqqət edir. Sinan gülərək, əlavə edir ki, unutmarsız. Burasını da belə, pilləkanlarını da buradan, qapısını da buradan qoyacağıq. Sultan təəcüblənir. Çünki dediyi yerlər eynən ona yuxuda anladılan yerlər idi... Səbəbini deyən Sinan bildirir ki, Fəxri Kainat Əfəndimiz sizə onları başa salanda, mən də orada bir addım arxanızda idim. Həmin yuxunu mən də görüb, hər şeyi diqqətlicə dinləmişəm. Beləliklə, Memar Sinan Sultan Süleymanın adına olacaq “Süleymaniyə Camisi”ni peyğəmbərimizin öndərliyi ilə inşa edir.

Bundan başqa memarın ən böyük əsəri ola biləcək 1575-ci ildə 86 yaşında yaratdığı və "ustalıq əsərim" deyə təqdim etdiyi Ədirnədəki Səlimiyyə məscididir. Məscid əsrarəngiz gözəlliyi ilə göz oxşayır.
Memar Sinan bir müddət bərpa işləri ilə də məşğul olub. Ən böyük bərpa işi Ayasofya olub. 1573-cü ildə Ayasofyanın qübbəsini yeniləyib, divarlarını möhkəmlədib. Bu əsərin bu günə qədər möhkəm qalmasının səbəbi bərpa işi olub. Büyük çəkməcə körpüsü üzərində yazılı olan möhürü, onun eyni zamanda təvazökar şəxsiyyətini də əks etdirməkdədir. Möhürdə belə yazılıb:
«Əl-fakiru l-alçaq ser mimaranı hassa"
(Dəyərsiz və möhtac qul, saray xüsusi memarlarının başçısı)

1588-ci ildə İstanbulda vəfat edən Memar Sinan, Süleymaniyyə Məscidinin yanında özünün inşa etdiyi sadə türbədə dəfn edilib. Məzarı 1935-ci ildə Türk Tarixini Araşdırma Təşkilatı üzvləri tərəfindən qazılıb və kəlləyə baxılmaq üçün alınıb. Ancaq sonrakı bərpa qazıntısında kəllənin yerində olmadığı məlum olub. 1976-ci ildə Beynəlxalq Astronomiya Birliyinin aldığı qərarla Merkuridəki bir krater Sinan Krateri olaraq adlandırılıb.
Memar Sinan 92 məscidi, 57 mədrəsə, 7 darul-Qurara, 22 türbə, 17 imarət, 3 daruşşəfa (xəstəxana), 5 su yolu, 8 körpü, 20 karvansaray, 36 saray, 8 zirzəmi və
48 də hamam olmaqla 375 əsər inşa edib.

Turanə Zeynallı







29 May, 2013  16:55 Baxılıb: 2343 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




22 İyul, 2019  13:39

22 İyul, 2019  13:28

22 İyul, 2019  12:20


22 İyul, 2019  10:44



22 İyul, 2019  10:16

22 İyul, 2019  09:48

22 İyul, 2019  09:45

22 İyul, 2019  09:42

22 İyul, 2019  09:39

22 İyul, 2019  09:35


20 İyul, 2019  10:22

20 İyul, 2019  10:12

20 İyul, 2019  10:08

19 İyul, 2019  16:21




19 İyul, 2019  14:25



19 İyul, 2019  10:41




18 İyul, 2019  17:09

18 İyul, 2019  16:56


18 İyul, 2019  14:41

18 İyul, 2019  11:56


18 İyul, 2019  11:43


18 İyul, 2019  10:21

18 İyul, 2019  09:33

18 İyul, 2019  09:31

18 İyul, 2019  09:23



17 İyul, 2019  12:58




sagbanner