Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Cüdoçumuz Elxan Rəcəbli Dünya Kubokunun bürünc medalını qazandı

Tibilisidə Dünya Kubokunun son günündə tatami üzərinə 10 Azərbaycan cüdoçusu çıxıb.

Sonuncu gün cüdoçularımızın qələbə sayının bir qədər çox olması ilə yadda qalıb. Belə ki, -81kq çəki dərəcəsində mübarizə aparan 4 cüdoçumuzdan yalnız Elxan Rəcəbli, -90kq-da isə üç cüdoçumuzdan yalnız Ramin Qurbanov medal qazanmaq şansını əldə ediblər.

Dünya kubokunun ikinci günündə medal qazanmaq isə onlardan yalnız Elxan Rəcəbliyə nəsib olub. O, yarışmaya çox uğurla başlayıb. İlk üç qarşılaşmasında Paata Ghiviniaşvili (Gürcüstan), Viktor Savinov (Ukrayna) və Konstantins Ovcinnikovs (Latviya) üzərində “İppon” təmiz qələbə xalı ilə vaxtından əvvəl inamla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi Avtandil Tçrikişvili olub. Gərgin keçmiş görüşdə hər iki idmançı “vazari” yarım qələbə xalı qazanıb. Lakin son olaraq gürcü idmaçısının işlətdiyi fənd hakimlər tərəfindən “ippon”la qiymətləndirilib və idmançımız bu qarşılaşmadan məğlub ayrılaraq finala vəsiqəni təmin edə bilməyib. Əvəzində Elxan Rəcəbli son həlledici görüşdə bürünc medal qazanmaq şansını qazanıb. Bu imkandan maksimum yararlanmış Elxan Rəcəbli Qazaxstan təmsilçisi İslam Bozbayevlə görüşdə 1 “yuko” və 1 “vazari” xalı qazanaraq qalib gəlib.

Medal qazanmağa çox yaxın olan digər təmsilçimiz Ramin Qurbanov (-90kq) isə bu imkandan sonadək yararlana bilməyib. İlk qarşılaşmasında Oleksii İemelianov (Ukrayna) üzərində cəmi 33 saniyə ərzində “ippon” təmiz qələbə xalı ilə qalib gəldikdən sonra növbəti yarımfinala çıxış görüşündə Azamat Sıtımova (Rusiya) cəmi bir “yuko” xalı ilə məğlub olub. Bununla belə bürünc medal qazanmaq uğrunda təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanan Ramin Qurbanov bu mərhələdə ilk olaraq gürcü Laşaya Quruli ilə qarşılaşmada “vazari” yarım qələbə xalı geri olsa da, tez bir zamanda tam gücünü səfərbər edərək “ippon” təmiz qələbə xalı ilə qalib gəlib. Lakin o, bilavasitə bürünc medal uğrunda son həlledici görüşdə digər Rusiya təmsilçisi Abdul Omarova təmiz qələbə ilə məğlub olaraq turniri 5-ci yerdə başa vurub.

-100kq-da mübarizə aparmış cüdoçumuz Sain Məmmədovun 7-ci yeri tutub. Dünya Kubokunun son günündə də yığmamızın digər lider üzvləri ilk qarşılaşmadaca məğlubiyyət acısı dadıblar.

Beləliklə, ilin ilk Dünya Kubokunda Azərbaycan milli yiğma komandası İlqar Müşkiyevin (-60kq) qızıl, Elxan Rəcəblinin (-81kq) isə bürünc medalı, eləcə də Ramin Qurbanovun (-90kq) 5-ci və Sain Məmmədovun isə (-100kq) 7-ci yeri sayəsində 22 komanda arasında Rusiya (2-1-5), Gürcüstan (2-1-1), Ukrayna (1-2-2) və Qazaxstan (1-1-1) millilərindən sonra 5-ci yeri tutub. Bu nəticə ilə komandamız cəmi bir gümüş medal qazanmış Belarus və Macarıstan, eləcə də cəmi 1 bürünc medal qazana bilmiş Ermənistan, Latviya, Türkiyə və İsrail komandalarını ümumkomanda hesabında qabaqlaya bilib.






31 Yanvar, 2011  15:39 Baxılıb: 2166 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner