Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

El Baradei: «Misirdə yeni dövr başlanıb»

Misir müxalifətinin əsas xadimlərindən biri, Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq rəhbəri Mohamed El Baradei Misirdə yeni dövrün başlandığını bəyan edib. O, prezident Hosni Mubaraki istefaya çağırıb.

Baradei Qahirədə kütləvi etiraz aksiyalarının mərkəzi olan Təhrir meydanında nümayişçilər qarşısında çıxış edib: 

«Mən bu gün bura həyatınızın ən xoş günündə sizə qoşulmağa gəlmişəm. Bu gün mən sizin hər birinizin gözünə baxa bilirəm. Bu gün siz misirlilər yaşamaqla azadlıq hüquqlarınızı geri aldınız. Artıq heç nəyi geriyə qaytarmaq mümkün deyil. Bizim əvvəllər qeyd etdiyim kimi bir əsas tələbimiz var - rejimi sona çatdırmaq və yeni dövrün başlanması». 

Nobel sülh mükafatı laureatı olan Mohamed El Baradei bildirib ki, müxalifət partiyaları, o cümlədən qadağan olunmuş Müsəlman Qardaşları ona ordu və Mubarak rejimi ilə müvəqqəti milli birlik hökuməti yaratmaq məsələsində danışıqlar aparmaq səlahiyyəti verib.

Ancaq prezident Hosni Mubarak hələlik təslim olmağa hazırlaşmır. Bazar günü hakimiyyət komendant saatının vaxtının uzadılmasını elan edib. Mubarak ordu rəhbərləri ilə görüşüb.


Misirdə 6 gündür davam edən iğtişaşlarda 100-dən çox adamın öldüyü bildirilir. Bir çox xarici ölkələr öz vətəndaşlarını Misirdən çıxarmağa başlayıblar.

Yanvarın 31-dən çarter reysi ilə bütün ABŞ vətəndaşlarının çıxarılması başlanacaq. Azərbaycan, Türkiyə, Kanada, Səudiyyə Ərəbistanı, Hindistan da öz vətəndaşlarını çıxaracaq. 

Belçika, Almaniya, Çin, Hollandiya, Polşa, Rusiya, Fransa və İsveç öz vətəndaşlarına Misirə səfər etməyin təhlükəli olması ilə bağlı xəbərdarlıq edib.

 






31 Yanvar, 2011  15:24 Baxılıb: 1722 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner