.
Azərbaycan yaxın vaxtlarda Türkiyənin “ROKETSAN” şirkəti ilə reaktiv raketlərin istehsalına başlayacaq. İstehsalın başlanmasına dair tərəflər arasında müqavilə bu il mayın 8-də İstanbulda imzalanıb. Raketlərin istehsalı üçün “ROKETSAN”-ın iştirakı ilə Azərbaycanın müəssisələrindən birində istehsal xətti də yaradılıb.
Müqavilə çərçivəsində Azərbaycanda 107 və 122 mm çaplı reaktiv raketlərin istehsalı həyata keçiriləcək. Raketlərin yalnız motoru “ROKETSAN” tərəfindən hazırlanacaq. Digər hissələr və yığım isə Azərbaycanda həyata keçiriləcək.
Birgə istehsal ediləcək 122 mm çaplı raketlər hazırda ordunun silahlanmasında yer alan, «Qrad» reaktiv yaylım atəş sistemində tətbiq olunan 122 mm raketlərdən öz atış mənzilinə görə 2 dəfə uzaqlığa (42 km) malikdir. 107 mm çaplı raketlər isə 11 km mənzilə sahibdir. Bu da Rusiya və Ukrayna istehsalı olan raketlərdən təxminən 4 km artıq mənzil uzaqlığı deməkdir.
DİGƏR XƏBƏRLƏR