Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

XİN-in xəbərdarlığı: “Misirə getməyin!”

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Misir Ərəb Respublikasında baş verən son hadisələrlə bağlı xəbərdarlıq edib.

XİN-in rəısmi saytlnda yerləşdirilmiş məlumatda yanvar ayının sonlarından başlayaraq, Misir Ərəb Respublikasında hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşların başlanıldığı bildirilir: “Kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olmuş və yaralanmışdır. Misir Ərəb Respublikasının hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmişdir. Belə ki, saat 16:00-dan 08:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyətlər qoyulmuşdur. 

Bunları nəzərə alaraq, Misir Ərəb Respublikasına səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına yuxarıda qeyd edilən məsələləri nəzərə almaları və ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Xüsusilə Qahirə, Asuan və Luksor şəhərlərinə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır”.

XİN-dən qeyd edilib ki, Misir Ərəb Respublikasında daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları, yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib.






30 Yanvar, 2011  19:58 Baxılıb: 1732 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner