Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bərdədə ət kombinatı tikiləcək

“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda bu ilin ikinci tədbirini Bərdədə keçirib.

İqtisadi İnkişaf Nazirliyindən Simsar.az-a verilən məlumata görə, 250-dək sahibkarın iştirak etdiyi tədbirdə güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasından danışılıb. Yığıncaqda bildirilib ki, güzəştli kreditlər əsasən, bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalına, heyvandarlıq və quşçuluğun inkişafına yönəldiləcək. Belə layihələrin maliyyələşdirilməsi zamanı Bərdə və ətraf rayonlardakı perspektivlər də nəzərə alınacaq. Həmçinin yaxın vaxtlarda Bərdədə ət qəbulu kombinatının tikilməsi planlaşdırılır.


Tədbir çərçivəsində Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkara 1 milyon 791 min manat güzəştli kredit verilib. İştirakçılar "Bərdə Broyler" ASC-nin quşçuluq təsərrüfatında və "Rəşad" İstehsalat Kommersiya Firmasının çörək məhsulları istehsalı müəssisəsində, Tərtərdəki quşçuluq təsərrüfatında və soyuducu anbar kompleksində, Ağcabədidə "Atropatena" QSC-nin heyvandarlıq kompleksində aparılan tikinti işlərinə, Ağdamda "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin heyvandarlıq kompleksinin fəaliyyətinə də baxış keçiriblər.






29 Yanvar, 2011  22:15 Baxılıb: 2236 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner