Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ərdoğan: “Acizlik, çarəsizlik və ağılsızlıq içindədirlər”

Baş nazir Rəcəb Tayyib Ərdoğan, CHP heyətini Suriyada Bəşər Əsəd ilə görüşdürənlərin Reyhanlıdaki hücuma qarışanlarla eyni kəslər olduğunu söyləyib

Simsar.az Cihan xəbər agentliyinə istinadən xəbər veri ki Türkiyə baş naziri R.T.Ərdoğan müxalifəti günahlanıdan nitq söyləyib. Çıxışında xüsusilə, Reyhanlı hücumu və Suriya mövzusundakı məsələyə görə CHP rəhbərliyini sərt ifadələrlə tənqid edən Ərdoğan, əllərində olan bir sənədə əsaslanaraq da hücumun arxasında olanlarla CHP heyətlərindən Əsədlə görüşənlərin eyni olduğunu qeyd edib.
Müxalifəti sərt tənqid edən Ərdoğan "CHP başqanı və MHP başqanı acizliklərini ictimai şəkildə sərgiləyirlər. Tələyə qısılmış halda, çıxış yolları axtarırlar. Demokratiya içində deyil demokratiya xaricində yol axtarırlar. Müxalifət başqanları bu çarəsizlik və acizlik içində təəssüf ki nə ağlı, nə məntiqi, nə fikri ehtiyata almış vəziyyətdədirlər. Nə söylədiklərini anlamayacaq qədər acizlik içindədirlər. Nə etdiklərini anlaya bilməyəcəklər qədər çarəsizlik içindədirlər. Necə təhlükəli oyun oynadıqlarını görə bilməyəcək qədər ağılsızlıq içindədirlər." - ifadələrindən istifadə edib.

Suriyada qanlı hücumlar başladığı andan etibarən bir atalar sözünü dəfələrlə xatırlatdıqlarını söyləyən Ərdoğan, "Qurda mərhəmət quzuya zülmdür. CHP Ümumi Başçısı Suriyadakı azadlıq və xalq hərəkətini tənqid edərək, bunları terror olaraq xarakterizə edərək, sığınmacılara qarşı təhrikləri edərək qurda mərhəmət etmiş, zalım Əsədə hər fürsətdə dəstək çıxmışdır. Suriya məsələsində CHP-nin rəftarı əsla və əsla tərəfsizlik deyil. Utanmadan qeyri qanuni rejimin yanında yer almış, zalım diktatorun tərəfini tutmuşdur." – deyə çıxışını davam etdirib.

Aysel Kərimova 






24 May, 2013  21:01 Baxılıb: 1309 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner