Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İctimai Palata regionlarda təşkilatlar yaratmağı düşünür

İctimai Palata regionlarda təşkilatlar yaratmalıdır. Trend-in məlumatına görə, bu təkliflə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, İctimai Palatanın koordinasiya şurasının üzvü Əli Kərimli Palatanın şənbə günü keçirilən sessiyaında bildirib.

Sessiayada gündəlik elan olunduqdan sonra müzakirələr başlayıb. Müsavat Başqanı İsa Qəmbər öz çıxışında qeyd edib ki, Palatanın iclaslarının Bakı şəhərinin böyük zallarından birində keçirilməsi üçün danışıqlar aparılır.

İclasda yaxın gələcəkdə mitinq keçirmək ilə bağlı təkliflər də irəli sürülüb.

Palata üzvü Arzu Səmədbəyli İctimai palatanın Büdcə, Sosial siyasət, İqtisadi siyasət, Regionlarla iş, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və hərbi təhlükəsizlik komissiyalarının təşkil olunmasını təklif edib.

Palataya sədrlik edən Aqil Səmədbəyli qeyd edib ki, hazırda İP-nin 189 üzvü var. 16 nəfər Palataya üzv olmaq barədə müraciət edib. Namizədliyi irəli sürülən 16 nəfərdən yalnız 6 nəfəri palatanın iclasnda iştirak etdiyinə görə, yalnız 6 nəfər Palataya qəbul olunub. Qalan 10 nəfərin namizədliyi isə açıq qalıb.

İclasda Palatanın 2011-ci il üçün Fəaliyyət Planı, "Xocalı soyqırımı haqqında" qanun layihəsi qəbul olunub.

Sonda qərara alınıb ki, Palatanın üzvləri yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcək.

Azərbaycanın bir sıra siyasi partiyaları, parlament seçkilərində iştirak etmiş namizədlər və QHT nümayəndələri İctimai Palata təsis ediblər. İctimai Palatanın yaradılmasında məqsəd Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, münasibət bildirilməsi zəruri olan məsələləri müzakirə etmək, dinləmələr keçirmək, hakimiyyət orqanlarına və digər şəxslərə sorğular vermək, göstərilən istiqamətlərdə Azərbaycan cəmiyyətinin siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün mütərəqqi nümayəndələrinin səylərini əlaqələndirmək və təşkilatlandırmaq məqsədi ilə demokratiya uğrunda vətəndaş hərəkatının təminidir.






29 Yanvar, 2011  21:41 Baxılıb: 1768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner