Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanda sürücülərin mobil telefonla danışığa görə cərimə statistikası açıqlanıb

Azərbaycanda sükan arxasında mobil telefonla danışmağa görə nəzərdə tutulan cərimənin artırılması bu qayda pozuntularının sayının azalması ilə nəticələnib.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən məlum dəyişiklikdən sonra Bakıda sükan arxasında mobil telefonla danışmaqla bağlı 124 inzibati pozuntu qeydə alınıb.

Onun sözlərinə görə, ötən ilin birinci yarısında bu göstəricidən dəfələrlə çox belə pozuntu qeydə alınmışdı.

Ötən ilin iyulunda İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər edilib və bir qrup inzibati xətalara görə cərimələrin məbləği artırılıb.

Həmin dəyişikliklərə qədər sükan arxasında telefonla danışmaq İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinin təsiri altına düşürdü və bu xətalara görə 20 manat məbləğində cərimə nəzərdə tutulurdu.

Qanuna dəyişiklikdən sonra həmin xəta Məcəllənin 155.6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilib və bu pozuntuya görə 50 manat məbləğində cərimə müəyyən edilib.

Əsədov deyib ki, sürücülərin sükan arxasında telefonla danışması ilə bağlı pozuntular daha çox idi. Bu pozuntu səbəbindən baş verən yol qəzaları isə ağır nəticələr doğururdu.

Şöbə rəisi qeyd edib ki, ötən ilin ikinci yarısında sükan arxasında mobil telefonla danışmaq ölümlə nəticələnən 9 yol qəzasına səbəb olub. Qəzalar zamanı 3 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə Trend-ə bildirib ki, məlum dəyişikliklərdən sonra sanksiyası sərtləşdirilən inzibati xətaların sayında kəskin azalma müşahidə olunur.

Sükan arxasında mobil telefonla danışma hallarının daha çox xanım sürücülər arasında yayıldığını deyən Əliyev qanuna dəyişiklikdən sonra bu sahədə dönüş yarandığını bildirib.






29 Yanvar, 2011  21:41 Baxılıb: 1524 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
27 Mart, 2020  21:58















25 Mart, 2020  10:34

24 Mart, 2020  14:27












16 Mart, 2020  16:04











14 Mart, 2020  13:06





13 Mart, 2020  17:53






sagbanner