Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hakimiyyətdə «özünü tənqid» başladı

İlham Əliyevin göstərişindən sonra nazirlər hərəkətə keçiblər

Son günlər Azərbaycanın hakimiyyət düşərgəsində özünü tənqid prosesi başlayıb. Rəhbər vəzifələrdə çalışanlar müsahibələrində ölkədəki problemləri etiraf edir, islahatların aparılmasının vacibliyini qeyd edirlər. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «mediaforum» saytına müsahibəsində öz hakimiyyətlərini ideal saymadığını deyib: «Amma bununla bərabər biz öz hakimiyyətimizi, bugünkü idarəçiliyimizi ideal saymırıq. Bizim də səhvlərimiz ola bilər. Cəmiyyəti narahat edən bəzi məsələlər ətrafında fəaliyyətimiz tam dolğun olmaya bilər. Biz bunları araşdırırıq. Bunları bizə çatdıran mətbuata, müxalifət nümayəndələrinə həmişə təşəkkür etmişik və öz idarəçiliyimizin bu və ya digər neqativ proseslərini bütün vasitələrdən istifadə edərək araşdırıb aradan qaldırmağa çalışmışıq. Bax, buna deyərəm müxalifətçilik, opponentlik». 
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə yanvarın 26-da Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının keçirdiyi iclasında da kifayət qədər ciddi məqamlara toxunmuşdu. Korrupsiya, məmur özbaşnalığı, sahibkarların, vətəndaşların incidilməsi, səhiyyə, təhsil, sosial müdafiə, nəqliyyat, gömrük sahələrində olan neqativ hallar, monopoliya və s. tənqidlər həmin iclasda səsləndirilib.
R.Mehdiyev deyib ki, prezident korrupsiyaya qarşı mübarizənin formal xarakter daşımamasını da ona tapşırıb.
YAP-çı deputat Siyavuş Novruzov da APA-ya müsahibəsində əvvəlki çıxışlarından fərqli olaraq yumuşaq, daha «mehriban» danışıb.
Daxili İşlər Nazirliyində geçirilən iclasda Ramil Usubov yol patrul xidmətlərini tənqid edib, vətəndaşların əsassız yerə saxlanılıb incidilməsinin yolverilməz olduğunu bildirmişdi.
Nəqliyyat Nazirliyində 2010-cu ilin yekunları və 2011-ci ildə nəzərdə tutulan tədbirlərə həsr olunmuş kollegiya iclasında da nazir Ziya Məmmədov sərt danışıb. Deyib ki, avtomobil və dəmiryol sahəsində, sərnişindaşımada bəzi problemlər hələ də həll edilməyib. O, şəhər nəqliyyatının işinin tənzimlənməsi üçün sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib.
Qarşıdakı günlərdə səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiə, müdafiə və başqa nazirliklərdə də yaxın günlərdə iclasların keçirilib, tənqidi fikirlərin səslənməsi, müəyyən şəxslərin cəzalandırılacağını gözləmək olar.
Ərəb ölkələrində baş verən son etiraz aksiyaları, hakimiyyət dəyişiklikləri Azərbaycanda da müəyyən islahatların aparılmasına rəvac verə bilər. Ekspertlər hesab edir ki, ölkədə mövcud olan siyasi və sosial problemlərin fonunda hakimiyyəti yalnız islahatlar xalq etirazlarından qoruya bilər.
Hələ ki, bu islahatlar sözdən əmələ keçmək ərəfəsindədir.

RUSLAN






29 Yanvar, 2011  18:44 Baxılıb: 1061 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
27 Mart, 2020  21:58















25 Mart, 2020  10:34

24 Mart, 2020  14:27












16 Mart, 2020  16:04











14 Mart, 2020  13:06





13 Mart, 2020  17:53






sagbanner