Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əhəd Abıyevin qardaşı oğlu həbs edildi

Azərbaycan Milli Məclisinin sabiq deputatı Əhəd Abıyevin qardaşı oğlu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib.

Bu barədə Simsar.az-a eksklüziv məlumatı Ə. Abıyevə yaxın şəxslər bildiriblər. Məlumata görə, iki gün əvvəl Ə. Abıyevin qardaşı oğlu, Abıyev Raqif Malik oğlu Ukraynadan Azərbaycana gələrkən Sərhəd Keçid Məntəqəsində saxlanılıb. Maraqlıdır ki, onun saxlanılması narkotik qaçaqmalçılığında ittiham olunması ilə bağlıdır. Belə ki, hələ ötən ilin payızında Ə. Abıyevin sözügedən qardaşı oğlunun narkotik ticarətində ittiham edilməsi ilə bağlı məlumat yayılmışdı. 

Həmin vaxt Masallı rayon MTN-nin əməkdaşları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, 1.2 kiloqram heroin keçirən üç nəfəri həbs etmişdilər. Və belə bir məlumat yayılmışdı ki, həbs edilən şəxslərin başında Ə. Abıyevin qardaşı oğlu dayanır. O vaxt bu xəbərlər təkzib olunsa da, cinayət işinin istintaqı zamanı məsəlinin üstünü örtmək mümkün olmayıb.

Belə ki, ifadə verən şəxslər onlara rəhbərliyi Raqif Abıyevin etdiyini deyiblər. Raqif Abıyevin isə həmin vaxt saxlanılması mümkün olmayıb. Çünki o, artıq həmin vaxt Ukraynaya qaça bilib. Lakin iki gün əvvəl Ukraynadan Azərbaycana gəlmək istəyən R. Abıyev MTN əməkdaşları tərəfindən həbs edilib. Maraq üçün qeyd edək ki, R. Abıyevin başqa bir əmisi olan Zəfər Abıyev Ukraynada Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndəsidir. Elə R. Abıyev də əvvəllər Masallı polisində Cinayət-axtarış şöbəsində işləyib.

Hazırda MTN-də saxlanan R. Abıyevin yaxın günlərdə istintaqa təhvil veriləcəyi gözlənilir. Bu işə üzrə yaxın günlərdə Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmədə proses də başlayacaq.

Qeyd edək ki, Milli Məclisin sabiq deputatı Ə. Abıyev dəfələrlə mətbuata açıqlamasında ayrı-ayrı şəxsləri narkotik ticarətində suçlayaraq, onların haqqında ölçü götürülməsini istəyib. Göründüyü kimi artıq ölçü götürülüb...






29 Yanvar, 2011  18:37 Baxılıb: 2216 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner