Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanlılar erməni filmində çəkilməyə razılıq verdi

Erməni telekompaniyasını nümayəndəsi: “Sadəcə onu deyə bilərəm ki, bu Russiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdi.”

Ermənilərlə azərbaycanlıların “etnik uyğunsuzluğu” ndan bəhs edən, təxribat xarakteri daşıyın və erməni istehsali olan “ Yarıda qalmış nəğmə” filminin cəkiliş qrupu müəyyən cətinliklərlə üzləşmişdi. Belə ki, bu filmdə əsas rollardan birini ifa edıcək Azərbaycan aktyoru cəkilişdən imtina etmişdi. Bunula bağlı olaraq cari ilin may ayna planlaşdırılmış təqdimat mərasimi keçirilməyə bilər.  
Ancaq cəkiliş qrupu və filmin rejissoru Arik Manukyan və prodüsseri Aşot Poqasyan azərbaycanlıları cəkilişə cəlb etməyin başqa yollarını arayırlar.
Rusiya ermənilərinin “Yerkramas ” qəzeti Azərbaycan aktyorunun tapılmasını “TV3V” Soçi telekompaniyasına həvalə edib.
Ancaq Soçidə Azərbaycan diasporasının rəhbəri Kamil Əliyev Vesti.az-ın müxbirinə bildirib ki, narahatlığa əsas yoxdur: “Soçidə yaşayan heç bir azərbaycanlı bu erməni filmində çəkilməyə razılıq verməz. Buna arazılıq verən kəs bilməlidir ki, bu düşünülməmiş addımdan sonra onun üçün vətənə yollar bağalı olacaq. Ancaq yenə də biz bu məsələni nəzərdə saxlayırıq və Azərbaycan diasporu olaraq filmin yaradıcıları ilə hər hansı bir iş əlaqəsində olmanın yolverilməzliyini bildiririk.”
Buna baxmayaraq narahat olmağa dəyər. TV3V telekompaniyasının baş redaktoru vesti.az saytının müxbiri Nina Kremerə deyib ki, Azərbaycan aktyorunun axtarışında köməklik etmək istəyən insanların təkilifi var.
“Bəli biz filmdə yer alacaq əsas rolun ifaçısı azərbaycanlı aktyorun axtarışı ilə məşğuluq. Bizim artıq bir neçə namizədimiz var. Yalnız bunu deyə bilərəm ki, bu Rusiya ali məktəblərində təhsi alan gənc azərbaycanlıdır. Biz onların haqqında məlumatları Moskvaya rejissor Arik Manukiyana və produsseri Aşot Poqosyana göndəririk. Rola dəvət olunan aktyorlar ssenari ilə tanış olublar, yəni onlar filmin nə haqda olduğunu bilirlər.”

Elnarə Hənifəyeva






29 Yanvar, 2011  18:29 Baxılıb: 2096 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner