Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Çexiya Azərbaycanın hərbi təyyarələrinin modernləşdirilməsində iştirak edəcək

Azərbaycan və Çexiya hərbi təyyarələrin modernləşdirilməsinin birgə həyata keçirilməsi layihələrində iştiraka dair ilkin razılığa gəlib.

Bununla bağlı razılaşma Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin Çexiyaya səfəri zamanı əldə olunub.

Tərəflər gələcəkdə Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında olan L-29 və L-39 təyyarələrinin birgə modernləşdirilməsi, həmçinin tələb duyulan bəzi detalların Azərbaycanda istehsalına dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Çexiyanın «Aero Trade a.s» şirkəti adıçəkilən təyyarələrin və onların simulyatorlarının istehsalı üzrə ixtisaslaşıb. Bu təyyarələr təlim və döyüş məqsədləri üçün istifadə olunur.

Çexiya saytları isə bu ölkədə fəaliyyət göstərən bəzi şirkətlərin Azərbaycanla bəzi layihələrdə iştirak etmək niyyətində olduqlarını, texnologiyaların lisenziya əsasında Azərbaycana transfer edilməsində maraqlı olduğunu yazıb.

Xatırladaq ki, müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti yanvarın 20-də 24-dək Çexiyada səfərdə olub.






29 Yanvar, 2011  15:32 Baxılıb: 1879 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner