Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanın nəqliyyat naziri nəqliyyat sahəsində bəzi qurumların fəaliyyətindən narazı qalıb

APA-ECONOMICS. Azərbaycan Nəqliyyat Nazirliyində «Azərbaycanın nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2010-cu ilin yekunları və 2011-ci ildə nəzərdə tutulan tədbirlər»ə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, iclasda çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov qeyd edib ki, son illərdə Azərbaycan bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Z. Məmmədov 2010-cu il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb, 2010-cu ilin yekunları və 2011-cu ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verib.

Kollegiya islasının gedişində «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərovun, «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanovun, «Avtonəqliyyatservis» Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilib. Kollegiya iclasına yekun vuran Z.Məmmədov bəzi qurumların fəaliyyətini istisna etməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2010-cu ilin yekunlarını qənaətbəxş hesab edib.

O, qurumların fəaliyyətində müəyyən irəliləyişlər olmasına baxmayaraq, müəyyən qüsurların olduğunu, avtomobil və dəmir yolları sahəsində, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırladıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib.

Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.






29 Yanvar, 2011  15:32 Baxılıb: 3001 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner