Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə «ana dili» məsləhəti

«Azərbaycanda rus dilinin ikinci dil kimi orta və ali məktəblərdə tədris olunması yolverilməzdir»



«Azərbaycanda rus dilinin öyrənilməsinə, ölkəmizin təhsil məkanında rus dilində təlimin qorunub saxlanmasına çox böyük əhəmiyyət verilir». Bu sözləri Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.

Bu gün Azərbaycanda rus dilinin həm də dünya mədəniyyətinə pəncərə kimi öz əhəmiyyətini saxlamaqda davam etdiyini vurğulayan Ramiz Mehdiyev bildirib ki, Bakı Slavyan Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı bu gün rus dilində təhsil sahəsində tanınmış liderlərdir. Bütövlükdə bizim bütün universitetlərin Rusiya ali məktəbləri ilə əməkdaşlığı ilbəil genişlənir və bu, heç şübhəsiz, ölkələrimizin humanitar əməkdaşlığının genişlənməsinə sanballı töhfədir».
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı isə Ramiz Mehdiyevin rus dilinin üstünlükləri barədə fikirlərini qəbul etmir. O, bu dilin Azərbaycanda 4-cü dil kimi öyrənilməsini təklif edir: «Azərbaycanda əsas dil ana dili, ondan sonra ingilis dili tədris olunmalıdır. Üçüncü dil olaraq ərəb dili tədris olunmalıdır. Rus dili dördüncü sırada gəlməlidir. Çünki ərəb dilinin əhatə dairəsi daha genişdir».
VHP sədrinin sözlərinə görə, İslam Konfransı Təşkilatına 51 üzv ölkə var: «Bu mənada ərəb dilinin orta məktəblərdə tədris olunmasını təklif edirəm».
S.Rüstəmxanlı deyir ki, Azərbaycanda rus dilinin ikinci dil kimi orta və ali məktəblərdə tədris olunması yolverilməzdir: «Heç bir müstəqil dövlətdə ali məktəblərin xarici dil bölmələri yoxdur. Bizdə ali məktəblər rus dillilər üçün bölmələr açıblar. Həmin bölmələr bağlanmalıdır. Azərbaycanda yaşayan insanlar dövlət dilində təhsil almalıdırlar. Ana dilini bilməyən şəxs institutu bitirəndən sonra necə işə düzələcək? Mən heç bir dilin əhəmiyyətini azaltmaq istəmirəm. İlk növbədə Azərbaycan dili inkişaf etdirilməli, meydanı genişləndirilməlidir. Mən xarici ölkələrdə keçirilən forumlarda iştirak edirəm. Azərbaycan dilində danışhıram. Çıxışım normal şəkildə tərcümə olunur.

RAMİN






28 Yanvar, 2011  19:50 Baxılıb: 1979 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner