Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Jurnalist hədələndi

“Mən bu boyda bölgənin yiyəsiyəm. Siz hansı ixtiyarla yoxlanılmamış məlumatı sayta yerləşdirmisiniz? Mən sizi məhkəməyə verəcəyəm”.

Bunu Gədəbəydəki hərbi hissənin komandiri Asif Fərəcov “MilAz” İA-nın baş direktoru Cəsur Sümərinli ilə söhbətində bildirib. C. Sümərinlinin sözlərinə görə, ona 055 3485225 nömrəsindən edilən zəng faktiki olaraq hədə qorxu xarakteri daşıyıb.

Xatırladaq ki, yanvarın 27-də Gədəbəy rayonunun Nova-Saratovka kəndinin bir qrup sakini “MilAz” İnformasiya Agentliyinə müraciət edib. Müraciətdə bildirilir:

“Yazıb Sizə bildiririk ki, Gədəbəydə yerləşən hərbi hissənin komandiri Asif Fərəcov hərbi hissədən kənarda mülki vətəndaşla əlbir olub mal-qaranın otlaq yerində qeyri-qanuni mağaza-yeməkxana açıb. Obyektin heç bir sənədi yoxdur. Bununla bağlı müraciət etdiyimiz yerli qurumlar deyir ki, bizim təsir imkanımız yoxdur. O cümlədən obyektin ətrafında bir neçə sot torpaq da zəbt edilib. Bu qeyri-qanuni obyektin fəaliyyətində hərbi hissə komandirinin əli olduğunu bircə fakt sübut edir: əsgər yanına gələn valideynlər həmin yerdə görüşməyə məcbur edilir. Həmçinin həmin obyekt hərbi hissəyə bitişik tikilib. Xahiş edirik qeyr-qanuni obyektin sökülməsinə köməklik edəsiniz". Qeyd olunanlar 13 nəfərin imzası ilə təsdiq edilib.

“MilAz” İA məsələ ilə bağlı münasibətin öyrənilməsi üçün sözügedən məktubu yanvarın 27-də axşam saatlarında Müdafiə Nazirliyi mətbuat xidmətinin elektron e-mailinə yollayıb.

Bu gün “MilAz” İA əməkdaşı məsələ ilə bağlı MN mətbuat xidmətinin əməkdaşı kapitan Teymur Abdullayevlə əlaqə saxlayıb və kənd sakinlərinin şikayətinə MN-in münasibətini öyrənmək istəyib. Eyni zamanda T. Abdullayevə hərbi hissə komandiri A. Fərəcovun “MilAz” İA rəhbərliyinə hədə qorxu gəlməsi ilə bağlı məlumat verilib. T. Abdullayev sakinlərin şikayət məktubundan xəbərsiz olduğunu və onu araşdıracağını, bu gün günortadan sonra məlumat verəcəyini bildirib.






28 Yanvar, 2011  19:14 Baxılıb: 2027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner