Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Parlamentdəki müxalifətçilər püşk atacaqlar

9 partiyadan 6-sı yeni MSK-da olmalıdır

Mövcud Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyət müddəti fevralın 7-də başa çatacaq. Yeni formalaşdırılacaq MSK-nın tərkibində 6 yer hakim partiyaya, 6 yer bitərəflərə, 6 yer isə parlamentdə təmsil olunan və azlıq təşkil edən partiyalara aiddir. Amma axırıncı 6 yerə sahib olmaq uğrunda parlamentdəki müxalifət partiyalarının arasında narazılığın yarandığı qeyd olunur. Çünki parlamentdə 9 müxalifət partiyasının nümayəndələri təmsil olunurlar. Onlardan 6-sı MSK-da təmsil olunacaq. 3 partiya isə kənarda qalacaq. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Ana Vətən Partiyası (AVP) isə 2 nümayəndə ilə parlamentdə təmsil olunur. Onların yeni formalaşacaq MSK-da təmsil olunacaqları şübhəsizdir. Qalan 4 yer uğrunda isə 7 partiya mübarizə aparacaq. Onlar Ümid Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Quruluş Partiyası, Demokratik islahatlar partiyası Sosial Rifah Partiyası, Ədalət Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyasıdır.  
Sonuncu partiya hələ ki, qeydiyyatdan keçməyib.
Partiyanın sədri Fərəc Ulusoy «Simsar.az»a açıqlamasında bildirdi ki, bu məsələnin həllində ciddi çətinliklə qarşılaşmayacaqlar: «Əvvəl də belə problem olub və həlli tapılıb. Yəqin ki, MSK-da təmsilçilik püşkatma ilə müəyyən olunacaq».
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə deyir ki, onlar parlamentdə 2 deputatla təmsil olunurlar. Vətəndaş Həmrəyliyi Partiyasının isə 3 deputatı var. «Bizim üçün MSK-dakı təmsilçilikdə hər hansı problem olmayacaq. Qalan partiyalar isə öz aralarında müzakirə aparıb həll yolunu tapacaqlar».
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu hesab edir ki, problemin həllini parlamentdə azlıqda olan partiyaların özləri tapmalıdır: «Ümid edirəm ki, məsələ asanlıqla həllini tapacaq».

RAMİL






28 Yanvar, 2011  19:14 Baxılıb: 1796 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner