Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Fövqəladə Hallar Nazirliyinin Akademiyası çempion oldu

Mülkü Müdafiə Qoşunları Komandanlığının (MMQK) tədris binasında Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının fərdi və komandalararası şahmat çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yanvarın 24-dən başlayan yarışda FHN-in 21 qurumunu təmsil edən 84 şahmatçı iştirak edib. İsveçrə sistemi ilə keçirilən çempionatda 3 əsas və 1 ehtiyat oyunçudan ibarət komandalar hər gün iki görüş keçirib.

9 turdan sonra Elçin Sultanov (MMQK) qızıl medala, Ramiz İskəndərov (FHNA) gümüş, Rövşən Abbasov (TTNDA) isə bürünc mükafata sahib olub. Komandalardan Fövqəladə Hallar Nazirliyinin Akademiyası 1-ci, Mülkü Müdafiə Qoşunları Komandanlığının şahmatçıları 2-ci, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası isə 3-cü yeri tutub.

Sonda FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev fərqlənən şahmatçı və komandaları təbrik edərək, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun nazirliyin əməkdaşlarının, o cümlədən hərbi və xüsusi rütbəli qulluqçularının fiziki hazırlığının yüksəldilməsi üçün idman tədbirlərinin keçirilməsini daim diqqətdə saxladığını qeyd edib. Musayev onların bu çıxışlarının ilboyu digər növlər üzrə yarışların nəticələrinə əlavə ediləcəyini diqqətə çatdırıb.






28 Yanvar, 2011  18:52 Baxılıb: 4101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner