Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həkimlərin imtahanının nəticələri açıqlandı – SİYAHI

İki gün əvvəl test imtahanı verən 53 həkimdən 4 nəfəri maksimum nəticə göstərib

Səhiyyə Nazirliyinin praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan həkimlərin sertifikasiyası məqsədilə yanvarın 26-da keçirdiyi imtahanda uğur qazananların adları artıq bəllidir.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, dermatovenerologiya və kardiologiya ixtisasları üzrə keçirilən imtahanlarda 53 həkim iştirak edib. İmtahan nəticələrinə əsasən, 53 nəfərdən 2-si növbəti mərhələyə keçid üçün tələb olunan 60 balı toplaya bilməyib. Bu həkimlərdən biri mümkün 100 baldan 55, digəri isə 43 bal toplayıb. 4 həkim isə 100 sualın hamısına düzgün cavab verərək maksimum nəticə göstərib.

Xatırladaq ki, imtahanın şərtlərinə əsasən, həkimlər 3 saat ərzində 100 sualdan ən azı 60 suala düzgün cavab verməlidir. Hər sual 1 balla qiymətləndirilir. Bu şərti ödəyən həkimlər növbəti mərhələyə - 5 il müddətinə sertikat almaq üçün müsahibəyə buraxılır. İmtahanda 60 baldan aşağı nəticə göstərənlər isə yenidən imtahan verməlidir. İkinci imtahanda da tələb olunan keçid balını toplaya bilməyən həkimlərin praktik tibb fəaliyyəti göstərə bilməzlər. Onlar yalnız bir müddət də hazırlaşıb yenidən imtahan verməli və sertifikasiya üçün tələb olunan balı toplamalıdırlar.






28 Yanvar, 2011  17:53 Baxılıb: 3573 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner