Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

RİTN-də yeni idarə yaradılacaq

Məqsəd fərdi məlumatları mühafizə etməkdir

Bu il dünya ölkələri Avropa Şurası tərəfindən 28 yanvar 1981-ci ildə Strasburq şəhərində qəbul edilmiş “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyanın 30 illiyini qeyd edir. 


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Konvensiya qəbul edildiyi gündən Avropada fərdi məlumatların mühafizəsi və konfidensiallığın qorunması üzrə əsas sənəd olub. 


Konvensiya Avropa Şurasına üzv olan 43 ölkə tərəfindən ratifikasiya olunub və Avropa Şurasının üzvü olmasından asılı olmayaraq hər bir ölkə tərəfindən imzalanmaq üçün açıqdır. 2009-cu ildə Konvensiya Milli Məclisi tərəfindən təsdiq edilib və 2010-cu il sentyabr ayından etibarən ölkəmizdə qüvvəyə minib. Dünya ölkələrinin ictimaiyyətinin bu məsələyə diqqətini artırmaq məqsədilə artıq beşinci ildir Avropa Şurasının təşəbbüsü ilə 28 yanvar tarixi Məlumatların Mühafizəsi Günü (Data Protection Day) kimi qeyd olunur. Həmin gün dünyanın bir çox ölkələri məlumatların qorunması ilə bağlı məsələlərə aid müxtəlif xarakterli tədbirlər həyata keçirirlər.


Azərbaycanda da fərdi məlumatlarla əlaqədar yetərli dərəcədə qanunvericilik bazası mövcuddur. Fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən etmək, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə sirrini saxlamaq hüququnu müdafiə etmək məqsədi ilə Milli Məclis 2010-cu ildə "Fərdi məlumatlar haqqında" qanununu qəbul edib. Qanun fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi, o cümlədən bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.


“Fərdi məlumatlar haqqında” qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanına müvafiq olaraq aidiyyəti dövlət orqanları tərəfindən “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”, “Fərdi məlumatların mühafizəsinə dair tələblər”, “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı ləğv edildikdə həmin informasiya sistemlərində olan məlumatların məhv edilməsi Qaydası” və “Dövlət qeydiyyatına alınması tələb olunmayan informasiya sistemləri” kimi sənədlər hazırlanıb və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları” da təsdiq edilib.


Fərdi məlumatlar haqqında qanunvericiliyə müvafiq olaraq fərdi məlumatların informasiya sistemləri, o cümlədən qanun qüvvəyə minənə qədər mövcud olan informasiya sistemləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Bu həm dövlət, həm yerli özünüidarə orqanlarına, həm də hüquqi və ya fiziki şəxslərə aid fərdi məlumatların informasiya sistemlərinə şamil edilir. Qanuna əsasən, Azərbaycan Respublikasında fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə əsasən yol verilmir. Lakin qanunda xüsusi istisna hallar da nəzərdə tutulub. Dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan informasiya sistemlərinin mülkiyyətçiləri “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”na müvafiq qaydada nazirliyə müraciət etməlidirlər. Dövlət qeydiyyatına alınmış informasiya sistemləri öz növbəsində fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilir. Bu barədə hər bir informasiya sisteminin mülkiyyətçisinə reyestrdən çıxarış verilir.


Fərdi məlumatlar üzrə qanunvericilikdəki vəzifələrin icrasını təmin etmək məqsədi ilə hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müvafiq işlər aparılır. Müşfiq Əmirov bildirib ki, bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda müvafiq idarənin yaradılması da nəzərdə tutulub. Məlumatların Mühafizəsi Günü ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə bir sıra tədbirlərin keçirilməsi də planlaşdırılır.






28 Yanvar, 2011  16:15 Baxılıb: 2078 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner