Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Brayza: "Əlaqələrin inkişafı üçün səylərimi əsirgəməyəcəyəm"

ABŞ-ın Azərbaycandakı yeni səfiri görəcəyi işlərdən danışıb.

Amerika Azərbaycanlılarının Demokratiya uğrunda Təşkilatının (AZAD) sədri Elmar Şahtaxtinski ABŞ-ın Bakıya yeni təyin olunmuş səfiri Metyu Brayza ilə görüşüb.

Şahtaxtinskinin verdiyi məlumata görə, Brayza ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, demokratik və vətəndaş cəmiyyəti institutlarının qurulmasına yönəlmiş layihələrin əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə səyləri davam etdirmək niyyətindədir. ABŞ-ın demokratiya sahəsində roluna toxunan səfir qeyd edib ki, Amerika missiyası səfirliyin diplomatik statusu çərçivəsində öz hökuməti adından yerli müstəqil KİV-lərə, QHT fəallarına dəstək göstərir.

Vaxtilə Qərb hökumətləri Bakı-Ceyhan neft kəməri layihəsini məqsədyönlü şəkildə dəstəkləyirdi. İndi Nabucco qaz kəməri ətrafında eyni israr müşahidə olunur. Təhlükəsizlik sahəsində NATO-nun Əfqanıstandakı əməliyyatlarına dəstək misal ola bilər. Bu baxımdjan da M.Brayza Azərbaycan və ABŞ arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycana yeni səfir təyin olunmuş M.Brayzanın bu gün Vaşinqtonda andiçmə mərasimi keçirilib.






28 Yanvar, 2011  16:04 Baxılıb: 1778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner