Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda görünməmiş qarət

Bir həyətdə 10-a yaxın maşın qarət edilib, külli miqdarda pul aparılıb

Yanvarın 27-dən 28-ə keçən gecə Bakıda kütləvi qarət hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, gecə saatlarında naməlum şəxslər Şıxlinski küçəsi 1 ünvanındakı binanın həyətindəki maşınları qarət edib. 

Şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş şəxslər binanın həyətindəki 10-a yaxın avtomobilin şüşələrini sındıraraq, onların içərisindəki qiymətli əşyaları oğurlayıb. Avtomobillərdən birində hətta külli miqdarda pulun olduğu bildirilir və oğruların həmin pulu ələ keçirmək məqsədi ilə plan qurduğu ehtimal olunur.

Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında baş vermiş qarətlə bağlı artıq idarəyə 5 müraciət daxil olub. Belə ki, 90 EN 989, 10 UP 583, 90 HH 981, 10 UT 082 və 90 XN 978 dövlət nömrə nişanlı avtomobillərin qarət olunduğu rəsmi sənədlərdə öz əksini tapıb. Qeyd edilən nömrə nişanlı maşınların hamısı “Mercedes” markalıdır.

Lakin bu, qarət olunan avtomobillərin tam siyahısı deyil.

Hazırda hüquq-mühafizə orqanlarının nümayəndələri ərazidə iş aparır. İlkin əməliyyat-axtarış tədbirləri görülür.






28 Yanvar, 2011  15:29 Baxılıb: 1778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner