Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Qarabağ münaqişəsində irəliləyiş üçün bütün vasitələrdən istifadə etmək lazımdır"

Elmar Məmmədyarov “Russia Today” kanalının ərəb redaksiyasına müsahibə verib

Azərbaycan Qafqaz regionda sülh və stabilliyin bərqərar olmasına səylərini yönəldib və bu, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə aiddir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Russia Today” kanalının ərəb redaksiyasına müsahibəsində deyib. 

Onun sözlərinə görə, rəsmi Bakı hesab edir ki, bütün tərəflərin maraqlarının qorunması üçün münaqişənin həlli yollarını axtarmaq lazımdır: ”Moskvaya Rusiyanın vasitəçiliyi ilə bu münaqişənin həlli yollarını axtarmağı davam etdirmək məqsədi ilə gəlmişəm”.

O, eyni zamanda qeyd edib ki, tərəflər arasında atəşkəsin imzalanmasına baxmayaraq, qoşunların təmas xəttində insanlar hələ də həlak olur. Nazir bildirib ki, bu problemi həll etmək üçün lazım olan hər şeyi etmək lazımdır.

Öz növbəsdində nazir qeyd edib ki, əsas danışıqlar sənədi- Madrid prinsiplərində nəzərdə tutulduğu kimi Azərbaycanın işğal altında olan torpaqları azad edilməlidir. Sənəddə əks olunduğu kimi qaçqınlar öz torpaqlarına geri qayıtmalı və işğal edilmiş ərazilərdə infrastruktur bərpa olunmalıdır: “Hazırkı vəziyyət daim davam edə bilməz. Dağlıq Qarabağ münaqişəsi ətrafında irəliləyişə nail omaq üçün bütün vasitələrdən istifadə etmək lazımdır”.

Elmar Məmmədyarov Rusiya prezidenti Dmitri Medvedevin məsələnin həlli istiqamətində rolunu qeyd edərək bildirib ki, məhz onun sayəsində münaqişə tərəfləri əsir və həlak olanların cəsədlərinin mübadiləsini həyata keçirə biliblər.

Müsahibə zamanı Mayndorf bəyannaməsinə toxunan Elmar Məmmədyarov bu sənədin uğurlu və bütün beynəlxalq prinsiplərə uyğun olduğunu deyib: “2008-ci il noyabrın 2-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşlərinin nəticələrinə əsasən qəbul edilən Mayndorf bəyannaməsində xüsusən qeyd edilib ki, münaqişənin nizamlanması beynəlxalq hüququn norma və prinsipləri, eləcə də bu çərçivədə qəbul edilmiş qərar və sənədlər əsasında regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq. Münaqişəsinin həlli ilə bağlı ATƏT və Avropa Şurasının qəbul etdiyi qətnamələrdə də deyilir ki, bu məsələ həllini mərhələli şəkildə tapmalıdır və başqa ölkənnin ərazilərinin işğalı yolverilməz olduğundan Azərbaycanın torpaqları azad edilməlidir”.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov müsahibə zamanı ölkənin xarici siyasət prioritetlərindən də danışıb. Onun sözlərinə görə, Azərbaycanın qonşuları, xüsusi ilə də Rusiya ilə münasibətləri möhkəmləndirmək əsas siyasi məqsədlərindədir: “Bu il Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edir və bu illər ərzində bizim xarici siyasətimiz ölkəmizin naminə böyük uğurlar əldə edib”.

Eyni zamanda Azərbaycanın qonşularının da maraqlarını nəzərə aldığını xatırladan Elmar Məmmədyarov bildirib ki, bu il Rusiya ilə sərhədlərin delimitasiyası haqda sənəd imzalanıb və həmin sənədin Rusiya Federasiyası Dövlət Duması tərəfindən ratifikasiya olunması gözlənilir.

“Bu, ölkələrimizin sərhədləri arasında problemlərin aradan qaldırılmasına yardım edəcək”,- deyə E. Məmmədyarov əlavə edib.






27 Yanvar, 2011  21:34 Baxılıb: 1111 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
7 Avqust, 2020  14:58





5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43




sagbanner