Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP ATƏT -in hesabatına etiraz etdi

"Təşkilatın yekun hesabatında ilkin rəylərə uyğun olmayan fikirlər özünə yer tapmaqdadır"

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilmiş parlament seçkisi ilə bağlı yekun hesabatı obyektivliyi əks etdirmir. 2010-cu ilin noyabr ayında Azərbaycanda azad və demokratik parlament seçkisi keçirilib". Bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, parlament seçkisini 1000 nəfərdən çox beynəlxalq müşahidəçi izləyib. Onun sözlərinə görə, ATƏT DTİB-nin müşahidəçiləri yanaşı qurumun Parlament Assambleyasının, Avropa Şurasının, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların ilkin rəylərində seçki prosesi və səsvermə müsbət qiymətləndirilib.

"İlkin hesabatlar zamanı KİV-lərə verdikləri açıqlamalarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun izləmiş müşahidəçiləri birmənalı olaraq seçki haqqında müsbət fikirdə olduqlarını vurğulamışdılar.
Yəni qurumun müşahidəçiləri seçki ilə bağlı fərdi açıqlamalarında yüksək fikirdə olduqlarını deyiblər.Lakin indi görürük ki, təşkilatın yekun hesabatında ilkin rəylərə uyğun olmayan fikirlər özünə yer tapmaqdadır"- deyə YAP İcra katibinin müavini vurğulayıb.

M.Qurbanlının fikrincə, hesabatın qərəzli olmasının başlıca səbəbi müşahidə missiyasının üzvlərinin öz müşahidələri haqda fikirlərini yekun sənəddə sərbəst şəkildə ifadə edə bilməməsidir: "Bu da onu göstərir ki, ATƏT-də bəzi dairələr ayrı-ayrı ölkələrdə keçirilən seçkilər və onun nəticələrindən müəyyən vasitə kimi istifadə etməyə çalışır".
«Bu vəziyyət birinci dəfə baş vermir. Əvvəllər də seçkilər haqqında ilkin rəylə yekun hesabat haqqında belə fərqlər olub və bu dəfə də bunu görürük. Bütün bunlar ATƏT DTİB-nin hesabatının obyektiv olmadığını göstərir.
Azərbaycanda seçkilər azad və demokratik şəkildə keçirilib. Bu seçkilər Azərbaycan xalqının siyasi iradəsini ifadə edib. Seçkilərin şəffaf keçirilməsi Azərbaycan iqtidarı təmin edib. Seçki ilə bağlı obyektiv hesabatın olmaması, seçki və onun nəticələrindən müəyyən məqsədlər üçün istifadənin formasıdır. Dağlıq Qarabağ məsələsində olduğu kimi seçki məsələsində də ikili standartlar mövcuddur. Bizim üçün Azərbaycan xalqının iradəsi əsasdır. Xalqımız isə öz iradəsini nümayiş etdirib. Bundan sonra da ölkəmizdə keçiriləcək seçkiləri izləmək istəyən bütün müşahidəçilər üçün qapılar açıq olacaq. Lakin istərdik ki, seçkilərlə bağlı rəylər obyektiv olsun»- deyə YAP İcra katibinin müavini vurğulayıb.






27 Yanvar, 2011  21:34 Baxılıb: 1848 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner