Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DƏRMAN FİRMALARINDAN BƏDBİN SUSQUNLUQ

SAXTA DƏRMANLARA GÖRƏ BİR ÇOX HƏKİMLƏR FİRMALARDAN FAİZ ALIRLAR

Hər yerdə olduğu kimi, Azərbaycanda da səhiyyə sahəsində yaşanan ciddi problemlərdən biri də saxta dərmanlarla bağlıdır. Bu səbəbdən hər il müxtəlif ölkələrə müalicə üçün üz tutanların sayı da az deyil. Dünyada isə 1 milyondan çox insan saxta dərmanlardan həyatını itirir. Insan taleyinə bu şəkildə biganə yanaşanlar həm bu milətin pulunu, həm də qanını içirlər. 
SAXTA DƏRMANLAR ÇİN VƏ HİNDİSTANDAN ÖLKƏYƏ GƏTİRİLİR
Son zamanlar isə Çin və Hindistandan ölkəyə saxta dərmanların gətirilməsiylə bağlı ciddi söz söhbət gəzir. Saxta dərmanların apteklərdə satışa buraxılmamışdan öncə tərkibinin hansı şəkildə hazırlanması və hardan idxal olunmasıyla bağlı suallarımızla iki dərman firmasına müraciət etdik. Lakin telefonlara cavab verən şəxslər gah müdriyyətin olmadığını, gah da bu sualları cavablandıra biləcək şəxslərin işdə olmadığını əsas gətirdi.
ƏN ÇOX SAXTALAŞDIRILAN DƏRMAN “VİAQRA”DIR
Ekspertə görə, istehsal edilən dərmanlar həqiqilərdən fərqlənmir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov simsar.az saytına açıqlamasında dünya üzrə saxta dərman dövriyyəsinin 20-80 faiz arasında dəyişdiyini dedi: “Dünyanın gömrük və ekspertiza orqanları saxta dərman istehsal edən işbazların öhdəsindən gələ bilmirlər. Hesab edirəm ki Azərbaycanda saxta dərman dövriyyəsi 35-40 faiz civarında dəyişir Ən çox saxtalaşdırılan dərman isə “Viaqra”dır ”.
BUNUNLA BAĞLI ŞİKAYƏTLƏR DƏ VAR
Eyyub Hüseynovun sözlərinə görə, hər gün sədri olduğu AİB-ə dərmanların saxta olmasıyla bağlı 3-4 şikayətçi zəngi daxil olur: ” Şikayətçilər dərmanların təsirsizliyindən danışırlar. Şikayətlər əsasında məlum olur ki, demək olar ki apteklərdə satılan dərmanların bir çoxunun holoqramı yoxdur".
SAXTA DƏRMANLARA GÖRƏ BİR ÇOX HƏKİMLƏR FİRMALARDAN FAİZ ALIRLAR
E.Hüseynova görə, həkimin otağında hansısa firmanın “loqo”su varsa, bu, o deməkdir ki, həkim firmanın təsiri altındadır: “Elə həkimlər həmin firmalardan faiz alırlar. Həkimlərlə çalışan bu cür firmaların əksəriyyəti saxtadır. Xəstələr sadəcə olaraq həmin həkimlərdən üz döndərməlidir”.






27 Yanvar, 2011  21:29 Baxılıb: 2536 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner