Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“GÜL BAYRAMIN”DAN REPORTAJ – FOTOSESSİYA

.

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakıda Gül Bayramı keçirilir. Bayram üçün hazırlıqlar artıq uzun müddətdir ki, davam edirdi. Heydər Əliyev Sarayının qarşısındakı park xarici ölkələrdən gətirilən güllərlə bəzənib. Dekorasiyaların hazırlanmasında 50-dən çox ölkədən gətirilən, milyondan çox güldən istifadə olunur. Yerli şirkətlərlə yanaşı, xarici ölkələrdən dəvət edilmiş dizayn şirkətlərinin nümayəndələri də dekorasiyaların hazırlanmasında iştirak ediblər.

Səhər saatlarından bir çox küçələr nəqliyyata bağlanıb. Parkın bəzədilmiş halını görmək istəyənlər saat 11-ə kimi parka buraxılmayıb. Parkı birinci ziyarət edən prezident İlham Əliyev olub. Prezidentin parkdan ayrılmasından bir müddət sonra günəşin altında gözləyən insanlara parka daxil olmağa icazə verilib.

Sarayın qarşısında xaricdən gətirilmiş ekzotik güllərlə Azərbaycanın tarix-memarlıq abidələrinin maketləri, müxtəlif nağıl qəhrəmanlarının obrazları və s. al-əlvan çiçəklərlə bəzədilib. Məktəbli uşaqlar da cürbəcür gül obrazlarına bürünərək həmin obyektlərin qarşısında maraqlı səhnəciklər sərgiləyib və gələn ziyarətçilərlə şəkil çəkdiriblər. Gül bayramına turistlərin də böyük marağı diqqətlərdən qaçmayıb.

5 yaşlı qızı Aysel ilə gələn Aynur xanım deyir ki, insanların çoxluğu və havanın istiliyi onu yorsa da qızının güllərdən xoşu gəldiyi üçün artıq 2 ildir ki, onu bura gətirir: “Qızımın güllərdən xoşu gəlir. Başqa heç yerdə bu qədər gülü bir arada görə bilmərik. Həm də burada güllərdən hazırlanmış müxtəlif cizgi film qəhrəmanları var. Şirek və Tıqtıq xanımla şəkil çəkdirdik”.

Şəkil çəkdirərkən söhbətləşdiyimiz Elxan Süleymanov isə dostlarının təkidi ilə gəldiyini bildirdi: “Bilirdim ki, içəri qoymayacaqlar, səhərdən neçə saat gözlədik içəri hələ indi icazə verdilər. Amma, dostlarım gəlmək istəyirdi mən də onlara qoşuldum. Gəlmişkən də bir-iki şəkil çəkdirirəm. Hər şey yaxşıdı, bircə güllərə heyfim gəlir, bu qədər pul verilib, amma solub gedəcəklər. Daha qalıcı bir şey eləsələr yaxşı olardı”.

Qeyd edək ki, Gül bayramı üçün nə qədər pulun xərcləndiyi tam açıqlanmasa da, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mətbuata açıqlamasında yubileylə əlaqədar bu il keçən ilkindən 2 dəfə çox gül gətiriləcəyini bildirmişdi.

İlknur Salamova


 

 

 

 

 






10 May, 2013  20:44 Baxılıb: 2045 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27


sagbanner