Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Eldar İbrahimov müxalifətçilərə «İstiqlal» verilməsini düzgün saymır

Millət vəkili: «Mən ucdantutma hər kəsə «İstiqlal» Ordeninin verilməsinin tərəfdarı deyiləm»

«Mən ucdantutma hər kəsə «İstiqlal» Ordeninin verilməsinin tərəfdarı deyiləm. Bu ordeni ona görə vermirlər ki, kimlərsə Müstəqillik Aktının imzalanması mərasmində iştirak edib, əl çalıb və s. «İstiqlal» Ordeninin kimlərə verilməli olması ilə bağlı təlimat var və orada şərtlər göstərilib». Bunu «Simsar.az»a açıqlamasında millət vəkili, Müstəqillik Aktının qəbulunda iştirak etmiş Eldar İbrahimov bildirib. Onun sözlərinə görə, «İstiqlal» Ordeni müstəqilliyin yaranmasında xaruqələr yaratmış insanlara verilməlidir: «Həmin insan da Heydər Əliyev olub. Naxçıvanda Azərbaycanın üç rəngli bayrağı dalğalananda mən də orada olmuşam. Sonradan Bakıda Müstəqillik Aktı qəbul olunanda çoxların nəyin baş verdiyini hələ bilmirdi. Amma mən müstəqilliyin iyini Heydər Əliyevdən duymuşdum». 
Millət vəkili onu da bildirdi ki, Akt qəbul edilərkən kimlərin onun lehinə, kimlərin əleyhinə səs verdiyi bilinməyib: «Sonradan müxalifət qəzetləri yazdılar ki, kimlərsə Müstəqillik Aktının qəbulunun əleyhinə çıxıblar. Əgər belə niyyətlər olubsa belə onu müəyyənləşdirmək çətin idi. Axı o vaxt indiki kimi səslər «knopka» ilə hesablanmırdı. Məsələ səsə qoyulanda hamı ayağa qalxıb əl çaldı».
«Müstəqil Azərbaycan» Blokunda təmsil olunmadığını deyən E.İbrahimov özünün də Müstəqillik Aktının lehinə səs verənlər sırasında olduğunu bildirdi.

RUSLAN






27 Yanvar, 2011  19:34 Baxılıb: 1960 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner