Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP-ın 4 milyonu, bəs müxalifətin nəyi var?

Sərdar Cəlaloğlu, Arif Hacılı və Mirmahmud Mirəlioğlu partiyalarının maliyyə vəziyyətinə aydınlıq gətirdilər

527 min üzvü olan Yeni Azərbaycan Partiyası (YAP) 2010-cu ildə 
4 milyon 63 min 44 manat üzvlükhaqqı yığıb. Bunu partiyanın İdarə Heyətinin dünən keçirilən iclasında bildiriblər.
Bəs, ölkənin aparıcı müxalifət partiyalarında bu sahədə vəziyyət necədir?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyir ki, rəhbərlik etdiyi partiyanın üzvləri əsasən işsizlərdən ibarətdir: «Bizdə vəziyyət həddindən artıq ağırdır. Üzvlük haqqı könüllü əsaslarla yığılır. Rayon təşkilatlarında yığılan pullar heç mərkəzə gəlmir. Adamın gərək pulu olsun ki, üzvlük haqqı da versin».
S.Cəlaloğlu bildirir ki, maliyyə imkanları baxımından YAP-la müxalifət partiyalarını müqayisə etmək olmaz: «YAP hakimiyyətdə olanların partiyasıdır. İşi olanlar bu partiyanın üzvüdür. YAP-da işsiz, pulsuz adam tapmaq olmaz. Bizim üzvlər isə bir qayda olaraq işsizlərdir. Bu da partiyalrın fəaliyyətində qeyri-bərabərlik yaradır. Biz ADP-ni dişimizlə-dırnağımızla saxlayıb, bu günə çatdırmışıq. Hakim partiya təsərrüfat hesablıdır».
Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı da bildirir ki, onlarda üzvlükhaqqı simvolik olaraq yığılır: «Partiya üzvləri müəyyən ianələr verirlər. Yığılan pullar da kommunal xərclərə sərf olunur. Ümumilikdə il ərzində 10 min manatdan bir qədər az məbləğdə üzvlükhaqqı, ianələr toplanılır».
Müsavat funksioneri deyir ki, hakimiyyətin apardığı siyasətin nəticəsi olaraq partiyalar arasında bu cür qeyri-bərabərlik hökm sürür: «Müsavat Partiyasının qərargahı, əmlakları əlindən alınıb. YAP-ın isə hər bir rayon təşkilatında bahalı qərargahlar tikilib. O partiyada üzvlükhaqqı administrativ yolla yığılır».
A.Haclı qeyd edir ki, maliyyə məsələsi partiyaların gücünün göstəricisi sayıla bilməz: «Kommunist Partiyasınının maliyyə imkanları bütün dünyada olan partiyaların imkanlarından geniş idi. Amman ə oldu? Bir neçə ilin içində partiya darmadağın oldu».
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu qeyd edir ki, onlarda üzvlükhaqqı o qədər cuzidir ki, ümumiyyətlə, bu barədə danışmırlar: «Az-çox yığılan pullar elə rayondan gələn partiya üzvlərinin yol xərclərinə sərf olunur».
M.Mirəlioğluya görə YAP-ın pulu varsa, müxalifətin əzmkarlığı var: «Onlarda rüşvətxorluq əsas götürülür, bizdə isə ideologiya. Təsəvvür edin ki, 71 il ərzində Azərbaycan Kommunist Partiyasının cəmi 410 min nəfər üzvü olub. Amma 20 il ərzində YAP-ın üzvlərinin sayı 500 min nəfərdən çoxdur. 2013-cü ildə hakim partiya üzvlərinin sayını 1 milyona çatdırmağı qarşısına məqsəd qoyub. Belə yalançı Azərbaycan partiyası yaratmaq olmaz».

RAMİL






27 Yanvar, 2011  16:52 Baxılıb: 1175 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
27 Mart, 2020  21:58















25 Mart, 2020  10:34

24 Mart, 2020  14:27












16 Mart, 2020  16:04











14 Mart, 2020  13:06





13 Mart, 2020  17:53






sagbanner