Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda ali məktəblərdə dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları artırılacaq

Ali məktəblərdə dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqları artırılacaq. Bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Nazir, bununla bağlı hazırda müzakirələr getdiyi açıqlayıb. İxtisaslar üzrə təhsil haqqının nə qədər artırılacağını açıqlamayan M. Mərdanov “bu məslə yalnız bizdən asılı deyil, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlanacaq” deyib. 

Təhsil naziri dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayının da artacağını bildirib və qeyd edib ki, bu artım ildən-ildən çoxalacaq. O, yaxın vaxtlarda dövlət sifarişli ixtisaslar üzrə planın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunmasının nəzərdə tutulduğunu deyib.

Nazir, TQDK sədri Məleykə Abbaszadənin orta məktəblərdə attestat qiymətlərinin şişirdilməsi barədə açıqlamasına da münasibət bildirib: “Məktəblərdə şişirdilmə problemi ola bilər. TQDK ilə bizim qiymətləndirmə arasında hələ fərq var. Bunu dəfələrlə demişik. Amma ən yaxşı hal odur ki, bu, ildən-ilə azalır və getdikcə azalacaq”.






27 Yanvar, 2011  16:00 Baxılıb: 2074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner