Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

OD TUTAN QİYMƏTLƏR, ŞƏN UŞAQLAR, NARAZI VALİDEYNLƏR – BULVARDAN REPORTAJ – FOTOSESSİYA

.

 

Havalar isinir, qışdan bezən, yorulan uşaqlar, valideynlərini gəzməyə getməyə məcbur edir. Valideynlər isə vaxt qıtlığından başqa, uşaqların xərclərini ödəmək dərdi ilə, uşaqları bir sözlə “yola verməyə” çalışır. Ancaq necə deyərlər bu qarşılaşma sonunda valideynlər uşaqları bulvara, parklara aparmağa məcbur olur. 

Biz də valideynlərdən uşaqları nə üçün bulvara gec gətirdiklərini, yelləncəklərin, atraksionların qiymətindən nə qədər razı olub olmadıqlarını öyrənmək üçün Bakı bulvarına yollandıq. Bulvarda yetərincə atraksion olsa da, hər yelləncəkdə yalnız bir-iki uşağı görmək olardı.

Nəsibə Adilova evdar qadın olmasına baxmayaraq, uşaqları bura gətirməyə vaxt tapmadığını, maddi imkanlarının da bunun üçün yetərsiz olduğunu bildirir: “Uşaqlar bağçaya gedir, vaxtlarını əsasən orda keçirirlər. Evdə qaldıqları günlərsə, ev işi çox olur, heç gəzməyə getməyə imkan olmur. Bulvara gətirdikdə, bizə baha başa gəlir. Nəinki, yelləncəklər, su, yemək üçün olan şeylər də çox bahadı. Qidaları mağazadakılardan 3-4 dəfə baha qoyublar. Ona görə də, bura gələndə uşaqların istədikləri şeyləri mağazadan alıb gətirirəm. Amma bir də görürsən ki, yenə burda nəsə görüb istəyir, məcbur qalıb alırsan”.

Nəsibə xanımın uşaqları isə, valideynlərinin onları gec-gec gəzməyə aparmaqlarından şikayətlənirlər: “ Atam həmişə işdə olur, anam da evdə çoxlu işləyir, yemək bişirir. Biz də bağçaya gedirik, orda dostlarımlarımızla oynayırıq. Bizim bağçada yelləncəklər var, müəllimə bizi həyətə aparanda, orda yellənirik. Amma bura gec gəlirik, burda lap çox yelləncək var, qəşəngdi”.

Bulvarboyu gəzişdikdə, yelləncəklərin kassadakı qiymətləri ilə tanış olduq.
Bulvardakı əksər yelləncəklərin qiyməti 2 manatdan başlayır. 1 manatlıq karusellər isə lap körpə uşaqlar üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, 1 nəfər 5 yelləncəyə minmək istəsə, həmin şəxsə ən azı 10 manat lazımdı. Valideynlər üçün isə yelləncəklərin qiyməti 4 manatdan başlayır. Əgər valideyn uşağı ilə minmək istəsə, onların 1 yelləncəyə minmə qiyməti 6 manat qalxır. Uşaqların sayı artdıqca vəziyyət daha da qəlizləşir.

Vaqif baba deyir ki, ayda 1 dəfə nəvələrini gəzməyə gətirmək üçün 110 manatlıq pensiyasının yarısını xərcləyir. “ Havalar isinib deyə, uşaqlar evdə oturmaq istəmir. Gətirmişəm ki, şəhəri görsünlər. Onlar da yelləncəkləri görüb istəyir, mən də xətirlərinə dəymirəm, onlar üçün yaşayırıq da. Hər şeyin qiyməti baha olsa da, alıram. Amma yaxşıdır ki, arada, pulsuz eləyirlər. Onda da adam çox olur, tərpənməyə yer olmur bulvarda”.

Beləliklə, bulvarda valideynlərdən mövzu ilə bağlı apartığımız sorğular nəticəsində məlum olub ki, valideynlərin uşaqları bulvara daha tez-tez gətirməməsinin başlıca səbəbi burdakı bahalıq və maddi imkansızlıqdır.
Bulvarda ilbəil yox, bəzən aybaay, günbəgün edilən dəyişikiliklərə baxmayaraq, hələ də qiymətlərdə endirim müşahidı edilmir.

Turanə Zeynallı

 

 

 






3 May, 2013  16:59 Baxılıb: 3286 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner