Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP üzvlərinin sayı 527 min nəfərə çatıb

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Iclasda YAP-ın 2010-cu ildə fəaliyyətinə dair hesabat müzakirə edilib.

Müzakirələrdə vurğulanıb ki, partiyanın fəaliyyətində ilin başlıca siyasi hadisəsi olan Milli Məclisə seçkilər mühüm yer tutub. Seçkilərdə “Güclü dövlət, yüksək rifah” şüarı ilə iştirak edən Yeni Azərbaycan Partiyası növbəti siyasi uğur qazanıb, Milli Məclisdə 71 nəfər deputatla təmsil olunmaq hüququ əldə edib.

İdarə Heyətinin iclasında bildirilib ki, 2010-cu ildə Yeni Azərbaycan Partiyasının sıralarına 32186 nəfər yeni üzv qəbul olunub. Onlardan 17 min nəfərdən çoxu gəncdir. Hazırda partiyanın 7600 ilk təşkilatında qeydiyyatda olan partiya üzvlərinin ümumi sayı 527000 nəfərə çatıb.

İclasda YAP İdarə Heyətinin 2011-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.






26 Yanvar, 2011  21:57 Baxılıb: 1917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner