Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Lənkəranda ev oğurluğu ilə məşğul olan qrup zərərsizləşdirilib

Lənkəran rayonunda uzun müddət oğurluqla məşğul olan qrup üzvləri zərərsizləşdirilib.

Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) istintaq bölməsinin rəisi Polad Mehdiyev verib. Onun sözlərinə görə, rayonun Sütəmurdov kənd sakini Orucəli Qasımov ərizə ilə ŞPŞ-yə müraciət edərək, naməlum şəxslərin gizli yolla onun evinə girməklə oğurluq etdiklərini bildirib. Ərizəyə müvafiq olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sütəmurdov kənd sakinləri, 1981-ci il təvəllüdlü Elşən Xeybər oğlu Xosrovov və 1980-ci il təvəllüdlü Qabil Həzi oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılıblar. İlkin araşdırmalardan məlum olub ki, saxlanılan şəxslər qabaqcadan qrup halında əlbir olaraq O. Qasımovun evindən 336 manat məbləğində əmlakını talayıblar. İstintaq həmçinin bu şəxslərin Lənkəran şəhər sakinləri Emin Əbilovun evindən 815 manat pulunu, Mənsurə Əliyevanın evindən 200 manat pulunu və xeyli miqdarda qızıl-zinət əşyalarını oğurladıqları da üzə çıxıb. 
E. Xosrovov və Q. Qurbanov istintaqa verdikləri ifadələrində oğurluğu narkotik vasitəyə olan tələbatlarını ödəmək məqsədilə etdiklərini bildiriblər. Onların hər ikisi barəsində həbs qəti-imkan tədbiri seçilib. Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.1 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.






26 Yanvar, 2011  20:12 Baxılıb: 2063 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner