Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

CƏLALOĞLU MÜXALİFƏTİN ƏN BÖYÜK BƏLALARINDAN DANIŞDI

«İmkanları əldən vermişik»

«Azərbaycan müxalifətinin ən böyük problemlərindən biri də vaxtı düzgün qiymətləndirməməkdir. Vaxtilə Çörçlin belə bir deyimi olub. Pulun çoxdursa vaxtı vecinə alma, vaxtın çoxdursa pulu. Azərbaycan müxalifətinin pulu olmadığı halda, vaxtı da vecinə almır. Biz ideyalarımızı gerçəkləşdirmək üçün vaxtında birləşməliydik. Amma bu imkanları əldən vermişik».
Bunu Simsar.az saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
Onun sözlərinə görə, siyasi qüvvələrin müəyyən vaxtlarda bir-birindən ayrılması kimi, birləşməsi də demokratiyanın tələblərindəndir: «Demokratiyada xaotik kütlə parçalanır və öz aralarında birləşərək nizami vəziyyətə düşürlər. Bu mənada əgər siyasi partiyalar arasında birləşmə meyli yoxdursa, lazımi məqamlarda birləşə bilmirlərsə bu demokratik partiyalılığa ziddir.
İkincisi, bu gün Azərbaycanda siyasi proseslərə təsir etmək gücündə olan ayrı-ayrı partiyalar yoxdur. Hesab edirik ki, ən düzgün yol siyasi partiyaların birləşməsidir. Siyasi partiyalar ayrı-ayrılıqda fəaliyyət göstərəndə onların arasında ziddiyyətlər yaranır. Amma ittifaq halında olanda bu ziddiyyətlər öncədən həll olunur. Üçüncüsü, bildiyiniz kimi biz parlament seçkilərində «Qarabağ» seçki bloku adı altında iştirak edirdik. Və bu seçki blok üçün həm də test rolunu oynadı. Düşünürdük ki, əgər blok seçkilərdə uğur qazansa seçkidən sonra da əməkdaşlıq davam etdirilsin. Bütün yuxarıda qeyd olunanları xüsusilə də «Qarabağ» seçki blokunun xalq tərəfindən dəstəklənməsini nəzərə almaqla əməkdaşlığın davam etdirilməsinə qərar verdik. Bu təkcə Ümid Partiyası ilə bir ittifaqda təmsil olunmaq anlamını vermir. Bu real müxalifətin güc mərkəzini yaratmaq deməkdir. Digər müxalifət partiyalarının da bu mərkəzə qoşulmalarında heç bir problem yoxdur. Hələlik siyasi blokun yaradılması rəsmən təsis olunmayıb. Biz niyyətimizi bildirmişik. Blokları qeyri-müəyyən məsələlər ətrafında yaratmaq nəticəsizliyə gətirib çıxarır. Aydınlıq olmalıdır. Bu olanda insanı ölümə də aparmaq mümkündür. Aydınlıq olmayanda adamı heç qonaqlığa da aparmaq olmur. Söhbət burada İqbal Ağazadənin və ya Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyindən getmir».
«ADP-in siyasi təcrübəsi daha çoxdur. Həm də uzun müddət siyasi proseslərin mərkəzində olmusunuz. Bu mənada daha çox sizin haqqınız var ki, prezidentliyə namizəd olsanız» məsələsinə gəldikdə isə ADP sədri «biz hadisələri öz əynimizə biçməməliyik» dedi.
S.Cəlalolğu ADP-nin müxalifətin bir müddət öncə təsis etdiyi ictimai palatada təmsil olunmamasının səbəblərinə də toxundu: «Müasir demokratiyanın prinsiplərindən biri də odur ki, qərarı icra edən verməlidir.Yəni qərar verirsənsə icra işlərinin də başında duromalısan. İctimai Palata yaradılandan sonra bizə dəvət gəlib ki, palatanın işində iştirak edək. Biz də İctimai Palatada təmsil olunqmaqdan imtina etmişik. Hər hansı bir şey qeyri-demokratik yaradılıbsa, orada demokratik xidmət göstərmək mümkün deyil. İctimai Palata bir nəfərin beyninin məhsuludur. Onu kimlərəsə sıramaq düzgün deyil. Belə olan halda İctimai Palatanın effekti də olmayacaq. İctimai Palatanın yaradılması ilə bağlı qərarı kimlər veribsə, onlar palatanı fəaliyyətə gətirsələr daha effektli olar. Digər tərəfdən bizi İctimai Palataya dəvət edənlər müttəfiqimiz olan Ümid Partiyasını orada görmək istəmirdilər. Azərbaycanda öz müttəfiqlərinə arxa çevirmək, ittiham etmək artıq ənənə halını alıb. Tutaq ki, siyasi qüvvələr uzun müddət bir yerdə fəaliyyət göstərirlər, bir də görürsən ki, bir-birilərini xain adlandırırlar. Və ya kimsə görürsə ki, onun üçün yaxşı vəziyyət yaranığ müttəfiqini yarı yolda buraxıb başqası ilə birləşir. Biz Ümid Partiyası ilə seçkilərdə bir yerdə iştirak etmişiksə, seçkilərdən sonra da bu əməkdaşlıq davam etməlidir. Bu gün Azərbaycan siyasətində ayrı-ayrı qüvvələr özlərini müxalifətin jandarmı kimi aparırlar və başqalarını cəzalandırmaqla məşğul olurlar. Vaxtilə kimsə kiminsə qıçını tapdalayıbsa, jandarm partiyalar başlayırlar onu cəzalandırmağa. Müxalifətdə jandarmlığı qəbul etmirəm».
ADP sədri onu da qeyd etdi ki, parlament seçkilərindən öncə həm Müsavat Partiyasının rəhbərliyi və həm də AXCP rəhbərliyi Rəsulzadə-Elçibəy yolunda olan siyasi qüvvələrin birləşməsi təklifini irəli sürmüşdülər: «ADP Elçibəy hakimiyyətində təmsil olunmadığı üçün təbii olaraq təklifi qəbul etmədi. Azərbaycanda müəyyən siyasi qüvvələrin şərtləri bu 20 ildə müxalifətin birləşməsinə və dəyişikliklərin baş verməsinə mane olub. Məni əməkdaşlığa və dostluğa dəvət edir və həm də qarşıma şərt qoyur. Belə olanda gərək mən də ortaya şərt qoyam. Şərt qoya bilərəm ki, həmin birlikdə filan partiya olmasın. Onda necə olacaq. Hakimiyyətə gəlmək, effektli fəaliyyət göstərmək üçün hətta iqtidara yaxın olan partiyalarla da əməkdaşlıq etmək lazımdır».

RUSLAN






26 Yanvar, 2011  18:55 Baxılıb: 2030 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner